image-qanunla-reklam
image-1646378618-czech_coronavirus_131020

Çexiyada fövqəladə vəziyyət elan olundu

image-lady-day-az

Çexiya hökuməti Ukraynadan gələn qaçqınlar ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

“Qanunla.az” UNİAN-a istinadən xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fial keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, artıq Ukraynadan 30 min qaçqın Çexiyaya sığınıb: “Onların yerləşdirilməsini daha səmərəli etmək üçün hökumət marın 4-dən aprelin 4-dək fövqəladə vəziyyət rejimi tətbiq edib”.

Hökumət başçısı brifinqdə Ukraynanın Avropa İttifaqına üzv olması ilə bağlı rəsmi Kiyevin müraciətinə də münasibət bildirib. P.Fial Ukraynanın quruma qəbul edilməsinin sürətləndirilməsini dəstəkləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki