Qubadlı rayonunun işğaldan azad olunmasında bir il ötür..
“CƏNNƏT GÖRMƏK İSTƏYƏN QUBADLIYA GƏLSİN”
Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin 2021-ci il Tədbirlər Planına əsasən və 2021-ci ilin 27 sentyabr-8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə bağlı Qubadlı rayonunun işğaldan azad edilməsinin birinci ildönümünə həsr olunmuş “Cənnət görmək istəyən Qubadlıya gəlsin” mövzusunda tədbir keçirilib.
Tədbirdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak edib.
Ilk öncə tədbir iştirakçıları Zərdab rayon Heydər Əliyev Mərkəzində hazırlanıb nümayiş olunan “Vətən naminə Şəhidlik zirvəsinə ucalanlar” başlıqlı sərgiyə baxıblar.
Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova çıxışında Qubadlının azad edilməsi Azərbaycan xalqında ruh yüksəkliyini, ordumuzda döyüş ruhunu, özünə inamı daha da artırdı-deyə qeyd edib.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Alagöz Namazova “Cənnət görmək istəyən Qubadlıya gəlsin” mövzusunda məruzə edərək vurğulayıb ki, Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını-torpaqlarımızın azad olunması ilə yekunlaşan Vətən müharibəsinin birinci ildönümünü yaşayır. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Qubadlının azad edilməsi xüsusi əhəmiyyət daşıyır.
Mərkəzin muzey bələdçisi Xanım İmanova çıxış edərək Qubadlı rayonunun qədim və zəngin tarixi haqqında ətraflı məlumat verib.
Mərkəzin fond mühafizi Nicat Əhmədzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 23 dekabr tarixində Qubadlı rayonuna səfərindən ətraflı danışaraq Qubadlıda Prezidentin Azərbaycan bayrağını ucaltmasını xüsusilə vurğulayıb.
Tədbirdə iştirak edən rayon Mədəniyyət Mərkəzinin direktoru Elyura Məmmədova, Mərkəzin əməkdaşı Şəfayət Sarıyeva çıxışlarında əsrə bərabər 18 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsinin dayandığını qeyd ediblər.
Çıxış edənlər sonda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı-deyə bildiriblər.



















