image-qanunla-reklam
image-shtayn

Cənab Putin, ordunu geri çək! – Ştaynmayer

image-lady-day-az

Vladimir Putin Ukrayna ərazisində hərbi əməliyyatları dayandırmalı və Vladimir Zelenski ilə danışıqlara başlamalıdır.

Qanunla.Az xəbər verir ki, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer deyib.

“Cənab Putin, Ukraynada əzabları və dağıntıları dayandırın! Qoşunlarınızı geri çəkin! Prezident Zelenski ilə birbaşa və ciddi danışıqlardan imtina etməyin”, – Ştaynmayer bildirib.

O qeyd edib ki, Putinin aqressiv müharibəsi təkcə Ukraynadakı insanlara təsir etmir:

“Dünyada taxılın qiyməti qalxıb, çünki Rusiya Ukrayna limanlarında milyonlarla ton taxılın ixracına mane olur. Dünyanın bir çox bölgələri aclıq və ölümlə üz-üzədir. Putin müharibəsinin nəticələri hələ koronavirus pandemiyasından “sağalmamış” dövlətlərə və iqlim böhranı səbəbindən torpağın quruduğu bölgələrə təsir edəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki