image-qanunla-reklam
image-559115151_1360358622110579_8664948024160937248_n

Cənab Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı həm siyasi, diplomatik və humanitaraspektlərdən çoxqatlı məna daşıyır

image-lady-day-az

Cənab Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı həm siyasi, diplomatik və humanitaraspektlərdən çoxqatlı məna daşıyır

Azərbaycanın regional və beynəlxalq siyasətdə mövqeyi daha da möhkəmlənir. Biz bunun isbatını Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında gördük.

Oktyabrın 10-da Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın regional və beynəlxalq arenada artan nüfuzunun növbəti təzahürü oldu. Bu çıxış həm siyasi, həm diplomatik, həm də humanitar aspektlərdən çoxqatlı məna daşıyır. Prezidentin səsləndirdiyi hər bir fikir Azərbaycanın MDB məkanında qarşılıqlı hörmət, əməkdaşlıq və sülh dəyərlərinə sadiqliyinin bariz ifadəsidir.

İclasda dövlət başçımızın qardaş Tacikistan xalqına və onun rəhbərinə ünvanladığı təbrik sözləri bir daha göstərdi ki, Azərbaycan diplomatiyası milli maraqlarla yanaşı, dostluq və tərəfdaşlıq prinsipinə əsaslanır.

Bu səmimi münasibət təkcə siyasi  çərçivədə deyil, həm də Azərbaycan xarici siyasətinin əsas fəlsəfəsini – qarşılıqlı etimad, hörmət və bərabərlik prinsiplərini əks etdirir.

Prezident İlham Əliyev çıxışında xüsusi olaraq vurğuladı ki, Azərbaycan və Tacikistan arasında münasibətlər dostluq, qardaşlıq və qarşılıqlı dəstəyə əsaslanır. Son illərdə bu münasibətlər yeni dinamika qazanıb, iqtisadi-ticarət əlaqələri genişlənib, humanitar və mədəni sahələrdə qarşılıqlı layihələr həyata keçirilib.

Azərbaycan və Tacikistan prezidentlərinin mütəmadi görüşləri, qarşılıqlı səfərləri və imzalanmış sazişlər bu münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəldib. Bu əməkdaşlıq təkcə iki ölkə arasında deyil, həm də MDB məkanında ortaq inkişaf modelinin formalaşmasına xidmət edir.

Prezident İlham Əliyevin Düşənbədə söylədiyi fikirlər bu münasibətlərin qarşılıqlı etimad və dostluq üzərində qurulduğunu bir daha təsdiqlədi: “Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.”

Bu yanaşma MDB-nin mahiyyətinə uyğun olaraq, təşkilat daxilində dövlətlərarası münasibətlərin bərabərhüquqlu və səmərəli inkişafı üçün mühüm nümunədir.

Cənab Prezidentin çıxışında diqqətçəkən əsas məqamlardan biri Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı idi. Dövlət başçısının bu qərara görə həmkarlarına təşəkkür etməsi və Laçında görülən bərpa işlərini xüsusi qeyd etməsi Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq siyasətinin beynəlxalq miqyasda nümunə kimi qəbul olunduğunu göstərir.

Ölkə rəhbəri İlham Əliyev çıxışında bildirdi ki, bu ilin iyununda Laçında MDB-nin “Mədəniyyət paytaxtı ili”nin açılış mərasimi keçirilib, iştirakçılar şəhərin qısa müddətdə necə dirçəlməsinin şahidi olublar.

“Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib”.

Bu sözlər Azərbaycanın Zəfərdən sonra dirçəliş modelinin mahiyyətini çox aydın ifadə edir. Laçın, Füzuli, Şuşa, Zəngilan, Cəbrayıl və digər azad olunmuş bölgələrdə həyata keçirilən nəhəng bərpa layihələri təkcə iqtisadi və infrastruktur baxımından deyil, həm də mədəni diplomatiya yönündən böyük önəm daşıyır.

MDB-nin Laçını mədəniyyət paytaxtı elan etməsi Azərbaycanın beynəlxalq imicinə, onun mədəni irsinin təbliğinə və multikultural dəyərlərinin dünyada tanıdılmasına mühüm töhfə verir.

 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki