image-qanunla-reklam
image-media-2-415pyi0ugsxm86o7crjw

Cəmi yeddi aydır ki, sülh şəraitində yaşayırıq

image-lady-day-az

Cəmi yeddi aydır ki, sülh şəraitində yaşayırıq.

Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri  beynəlxalq  təşkilatlarla, həmçinin onlara üzv olan dövlətlərlə əlaqələrin qurulması, yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Bu gün Azərbaycan-Avropa ittifaqı (Aİ) münasibətlərinin fonunda bu reallığın  şahidiyik. Aİ ilə qarşılıqlı hörmət və maraq prinsipləri əsasında qurulan münasibətlər martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfərində özünün bir daha aydın ifadəsini tapdı. Qeyd edək ki, Azərbaycan  1996-cı ildən Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi, daha sonra 2004-cü ildən Avropa Qonşuluq Siyasəti və nəhayət, 2009-cu ildən “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlıq edir. Quruma üzv ölkələrin üçdəbir hissəsi ilə  Azərbaycan strateji  tərəfdaşlığı haqqında bəyannamələr  imzalanıb.  Bu, o deməkdir ki, ölkəmiz Aİ ölkələrinin üçdəbirindən çoxu ilə strateji tərəfdaşlıq formatı yaradıb. Azərbaycan Aİ ilə müxtəlif sahələr üzrə  geniş əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycan regionun və Avropanın enerji xəritəsini zənginləşdirən dövlət kimi nüfuz qazanıb. Bu gün Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir. Bu münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. “Əsrin müqaviləsi”ndən sonra  davam etdirilən  layihələr Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan aktorlardan birinə çevirməklə ölkəmizin dünyadakı nüfuzunun və əhəmiyyətinin artmasına imkanlar  yaradır. Dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə təkbətək və geniş tərkibdə görüşlərində Azərbaycanla Aİ arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi. Xüsusilə təhlükəsizlik, enerji, nəqliyyat məsələləri üzrə dialoqun uğurla aparıldığı, etibarlı tərəfdaş kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi xüsusi qeyd olundu. 10 Avropa ölkəsinə qazın ixrac edilməsi bunun tərkib hissəsi kimi qiymətləndirildi. Həmçinin nəqliyyat, logistika və bağlantılar üzrə müzakirələr aparıldı, bu məsələlərdə Azərbaycanın regionda mühüm rol oynadığı, Orta Dəhlizin tərkib hissəsi kimi TRIPP layihəsinin önəmi vurğulandı. Bu layihənin davamı olan Naxçıvan dəmir yolu xəttinin bərpasında və yenidən qurulmasında Avropa İttifaqının iştirakına diqqət yönəldildi. Söhbət əsnasında Azərbaycan ilə Avropa İttifaqı arasında rəqəmsal transformasiya, süni intellekt, data mərkəzlərinin yaradılması sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Dövlət başçısı İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın mətbuata bəyanatları münasibətlərin dünəninə və bugününə baxış əsasında qarşıdakı dövrün  hədəflərinin təqdimatı kimi dəyərləndirilir. Prezident İlham Əliyev səfərin hazırkı dövrdə çox uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin daha da yüksəlməsində mühüm rol oynayacağına əminliyini ifadə etdi. İqtisadi göstəricilərə diqqəti yönəldən Prezident İlham Əliyev əlavə etdi ki,  bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır. Hazırda Azərbaycan Avropada fəal şəkildə sərmayə yatırır.  Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu bu gün və gələcək üçün bir növ yol xəritəsidir. Digər mühüm məsələ isə Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq,  potensialımız arasında şəbəkənin qurulmasıdır. Prezident İlham Əliyev mətbuata bəyanatında bu məqama xüsusi diqqət yönəltdi ki, Ermənistanla paraflanmış sülh sazişinə nail olduqdan sonra daşımalar ikitərəfli gündəliyimizin mühüm hissəsidir. Orta Dəhlizin genişlənməsi üçün yeni imkanların açılması  nikbinliyimizi artırır. Avropa İttifaqı Şurasının Prezidenti  Antonio Koşta “Daşımalar bizim əməkdaşlığımızın başqa bir mühüm sahəsidir” söyləyərək vurğuladı ki,  Orta Dəhlizin inkişafı yeni nəqliyyat bağlantıları üçün strateji fürsətdir. Bakı-Naxçıvan dəmir yolu əlaqəsinin tamamlanması bu mənada böyük əhəmiyyət kəsb edəcək. Avropa ilə Asiya arasında ticarət dayanıqlılığını gücləndirməklə iş yerləri yarada, artımı stimullaşdıra və iqtisadiyyatlarımızı birlikdə gücləndirə bilərik. Avropa İttifaqı Azərbaycanın dinc, sabit, qarşılıqlı əlaqələrə əsaslanan və çiçəklənən Cənubi Qafqaz hədəfini bölüşür

 

Zərdab rayon Heydər Əliyev mərkəzinin  Elmi içmisi – Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki