Cəlilabad sakinini it dişləyib.
Qanunla.az-ın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 16 yaşlı İ. Nəsirovu qıç nahiyəsindən it dişləyib.
O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya xəstəxanada lazımi tibbi yardım göstərilib.