image-qanunla-reklam
image-1452016783

Cecelinin konsert verdiyi restoran cərimələndi

image-lady-day-az

Daxili İşlər Nazirliyi “İstanbul Meyhane Bilgah” restoranında keçirilən konsert proqramı ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

Qanunla.Az  xəbər verir ki, DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Türkiyənin məşhur müğənnisi Mustafa Cecelinin paytaxt ərazisində keçirdiyi konsert proqramında karantin qaydalarının kobud şəkildə pozulmasına görə restoran sahibinin cəzalandırıldığını bildirib.

O qeyd edib ki, iyunun 5-də Sabunçu rayon Bilgəh qəsəbəsində yerləşən “İstanbul Meyhane Bilgah” restoranının açılışı ilə əlaqədar konsert proqramı təşkil olunub və xüsusi karantin rejimi pozulub:

“Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirin qarşısı alınıb. Restoranın sahibi və konsertin təşkilatçısı Bürhan Abdullazadə barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə o, 4 min manat cərimə edilib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki