image-qanunla-reklam
image-e992111e162452131380832777610379992

Cəbrayıl əməliyyatının əhəmiyyəti və mürəkkəbliyi

image-lady-day-az

Cəbrayıl əməliyyatının əhəmiyyəti mürəkkəbliyi

Cəbrayıl şəhəri 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk şəhər olub. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan Bayrağını ucaltması müasir tariximizdə böyük siyasi və tarixi hadisə kimi yadda qaldı. Bildiyimiz kimi, Xudafərin körpüsü sadəcə bir memarlıq abidəsi deyil, bu əsrlərlə Azərbaycan torpaqlarının suverenliyini, sivilizasiyalar arasında əlaqəni və milli kimliyimizi simvolizə edən tarixi keçid nöqtəsidir. İşğal dövründə bu abidə də mənəvi və fiziki baxımdan təcavüzə məruz qalmışdı. 2020-ci ilin oktyabrında körpünün yerləşdiyi ərazilərin işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm bir mərhələ oldu. Bu hadisə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycanın öz torpaqları uğrunda apardığı haqq mübarizəsinin rəmzinə çevrildi. Tarixi və mədəni dəyərlərin qaytarılması ilə xalqın milli qüruru, ədalətə olan inamı və dövlətə bağlılığı daha da gücləndi. Prezident İlham Əliyevin də dediyi kimi, Böyük Qayıdış Cocuq Mərcanlı ilə başlayıb və Vətən müharibəsindəki ilk ciddi uğur Cəbrayıl şəhəri ilə bağlıdır. Araz çayının sahilində qərar tutan Cəbrayıl rayonunun azad edilməsi ilə 130 kilometr Azərbaycan-İran sərhədi işğalçılardan təmizləndi.

Bu gün işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. Yaxın gələcəkdə Cəbrayıl ölkəmizin inkişaf etmiş rayonlarından birinə çevriləcək.

Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki