Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
Qanunla.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in məlumatında deyilir.
Müzakirə zamanı Rusiya-Ukrayna gərginliyi, Suriyanın şimalındakı vəziyyət, Cənubi Qafqazla bağlı son proseslər və Ermənistanla davam edən normallaşma prosesi müzakirə edilib.


























