image-qanunla-reklam
image-6038f915-da9c-47a8-b0ac-6747d51a2674

Cavidan Osmanlının vəkillik fəaliyyətinə xitam verildi

image-lady-day-az

Tanınmış vəkil Cavidan Osmanlının vəkillik fəaliyyətinə xitam verilib.

Qanunla.az-ın əldə etdiyi məlumata görə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu barədə qərar qəbul edib.

Belə ki, bir neçə vətəndaşın şikayətləri Vəkillər Kollegiyasının İntizam Komissiyasında araşdırılıb və və onun Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilib.

Və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyəti dayandırılıb.

Xatırladaq ki, 5 saylı Vəkil Bürosunun vəkili Cavidan Osmanlı barəsində Pirallahı Rayon Polis İdarəsinə müraciət edilib.

İlkin iddialara görə, o, 10-a yaxın şəxsə işə bərpa etməklə bağlı sənəd hazırlayıb məhkəməyə müraciət edəcəyini bildirərək vəd verib. Lakin vədinə əməl etməyib. O, zərərçəkənlərdən xeyli miqdarda pul alıb, dələduzluq etməkdə şübhəli bilinir.

Zərərçəkənlərin şikayətləri əsasında başlanan cinayət işi üzrə Pirallahı Rayon Polis İdarəsində araşdırma aparılır.

Orxan Rasifoğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki