image-qanunla-reklam
image-1659199582_addtext_07-30-08-41-01

“Carnaval beach” müharibə veteranından çimərliyə giriş üçün pul tələb etdi – Övladlarının gözü önündə zor tətbiq edildi//FOTO

image-lady-day-az

Daha bir Qarabağ müharibəsi veteranı haqsızlıqla üzləşdiyi barəsində “DogruXeber.az”a gileylənib.

Lənkəran rayonu Tütəpeştə kənd sakini, eyni zamanda birinci Qarabağ müharibəsi veteranı Əliyev Aftandil Oktay oğlu redaksiyamıza müraciətində Lənkəran rayonu Sütəmurdov kəndində, dəniz sahilində yerləşən “Carnaval beach” istirahət mərkəzində çimərlik ərazisinə daxil olması üçün ondan ödəniş tələb edildiyini və tələb edilən ödənişi ödənişi etmədiyi üçün nəzarətçi tərəfindən ailəsinin, övladlarının gözü qarşısında ona fiziki güc tətbiq edildiyini bildirib.

Halbuki, 2019-cu ildə ölkə başçısı özü də bu barədə xüsusi tapşırıqlar verdi ki, çimərlik ərazilərinə giriş ödənişsiz olmalıdır. Paytaxt Bakıdakı çimərliklərin demək olar ki, hamısında prezidentin bu tapşırığı artıq, icra olunur. Lakin, görünür Lənkəran rayon Sütəmurdov kəndində, çimərlik ərazisində yerləşən “Carnaval beach” istirahət mərkəzinin sahibi bu tapşırıqdan məlumatsızdır. Ya da işinə yaramadığı üçün özünü bilməzliyə vurub. Kim bilir, bəlkə də ümumiyyətlə qanunları saya salmır ki, burada hələ qapıdan içəri girişdə qanunlar kobud şəkildə pozulur.

Belə olan halda isə obyektin içərisində qanunlara nə dərəcədə riayət olunduğunu təsəvvür edin.

“Ağası”ndan aldığı cürət və əmr ilə müharibə veteranının üzərinə “şahin” kimi şığıyan gözətçi, görəsən həmin veteran düşmən üzərinə şığıyanda harada olub?

Müharibədə özləri də, oğul övladları da “qeyb”ə çəkilən məmurlar və biznesmenlər nədənsə həmişə öz güclərini sadə vətəndaşlara göstərməyə həvəslənirlər. Torpağı qoruyan oğullardan və onların ailələrindən isə az qala ayaq basdıqları hər qarış üçün ödəniş tələb edirlər.

Maraqlıdır, görəsən dövlət mülkiyyətində olan çimərlik ərazisinə giriş üçün “Carnaval beach” istirahət mərkəzinin sahibi hansı ixtiyarla vətəndaşlardan ödəniş tələb edir?!

Aftandil Əliyevin iddiaları ilə bağlı qarşı tərəfi dinləməyə hazırıq.

DogruXeber.az

image-1659199554_addtext_07-30-08-42-11 image-1659199546_addtext_07-30-08-42-47 image-1659199608_addtext_07-30-08-43-26 image-1659199557_addtext_07-30-08-44-11 image-1659199582_addtext_07-30-08-41-01


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki