Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı koronavirusa yoluxub.
Qanunla.az xəbər verir ki, bu barədə səfir Tvitter səhifəsində bildirib.
Səfirin sözlərinə görə, özü və həyat yoldaşının COVID-19 testi pozitiv çıxıb və xəstəliyi ağır qrip şəklində keçirirlər:
“Çox şükür vəziyyətimiz yaxşıdır. Vəziyyətimizlə yaxından maraqlanan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova və dərmanlarımızı göndərən Azərbaycan Səhiyyə Nazirliyinə təşəkkür edirik”, – C.Bağcı yazıb.



















