image-qanunla-reklam
image-559157372_1360465292099912_1673525346470446991_n

Bütün bunlar bizi dost kimi çox sevindirir

image-lady-day-az

Bütün bunlar bizi dost kimi çox sevindirir

Prezident cənab İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbədə səfərdə oldu. Səfər Azərbaycan-Tacikistan münasibətlərinə, eyni zamanda, Müstəqil Dövlətlər Birliyinin ölkələri arasında əlaqələrə işıq saldı. Qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik edən cənab İlham Əliyev bildirdi ki, Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini görürəm. Bütün bunlar bizi dost kimi çox sevindirir. Şəhərsalma sahəsində uğurlar münasibətilə təbrik edirəm və Düşənbənin ildən-ilə gözəlləşdiyinə şadam. Bu gün, həmçinin Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etmək istərdim. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.

Tacikistan və Azərbaycan ticari-iqtisadi və nəqliyyat-tranzit sahələrində əməkdaşlıq münasibətlərini daha yüksək səviyyəyə çatdırmaq üçün mövcud potensialdan istifadə etmək əzmindədir. Xalqlarımızın mədəniyyəti, ənənələri, həyat tərzi bir-birinə yaxındır və  mədəni sahədə mübadilə xüsusi əhəmiyyət kəsb edir. Onu da qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci ildə “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Ölkələrimiz arasında münasibətlərin inkişafında Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Bu gün azad edilmiş ərazilərimiz diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Aparılan genişmiqyaslı bərpa işləri Azərbaycanın malik olduğu imkanları, şəhərsalma təcrübəsini dünyaya təqdim edir.


Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru əvəzi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki