image-qanunla-reklam
image-243936084_2864855187111625_1382818080688588450_n

“BÜTÖVLƏŞƏN AZƏRBAYCAN-44 GÜNLÜK ZƏFƏR SƏLNAMƏMİZ”

image-lady-day-az
Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzində 2021-ci ilin 27 sentyabr – 8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünün qeyd edilməsi ilə bağlı hazırlanmış Tədbirlər Planına əsasən silsilə tədbirlərin keçirilməsi davam edir.
01 oktyabr 2021-ci il tarixində Zərdab, Şabran ,Qəbələ və Ucar Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılıgı ilə 44 günlük vətən müharibəsinin 1 illiyi ilə baglı “Bütövləşən Azərbaycan-44 Günlük Zəfər Səlnaməmiz” mövzusunda videokonfrans keçirilmişdir.
Videokonfransda Zərdab, Ucar, Şabran, Qəbələ Heydər Əliyev Mərkəzlərinin direktor və əməkdaşları, Zərdab rayon sakini, Şəhid mayor Rəhim Hüseynovun anası Həqiqət Hüseynova, Şabran ÇŞDTMQ-nun, Gİİ-nin əməkdaşları, Xəqani Poeziya evinin direktoru və başqaları iştirak etmişlər.
Videokonfransı Zərdab Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova açaraq bildirmişdir ki, bu qələbə ölkə rəhbərinin qurduğu müzəffər Azərbaycan ordusunun qələbəsi idi. Düşmən tapdağında olan torpağımızın hər qarışının şəhid qanı və canı ilə qayıdışının qələbəsi idi. Xalqın həmrəyliyinin, milli birliyinin, ölkə rəhbərinə inam və güvəninin qələbəsi idi. Bu tarixi qələbəni isə xalqımız başqalarının yardımı, güclü dövlətlərin siyasəti ilə deyil, öz müdrik rəhbərinin başçılığı, Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı, şəhidinin qanı ilə qazanmışdır.
Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev qeyd etmişdir ki, bu tarixi qələbənin mənbəyi xalqımızın həmrəyliyi, Cənab Ali Baş Komandanın ətrafında sıx birləşən vətəndaşlarımızın inamı və Azərbaycan ordusunun məğlubedilməzliyi, qətiyyəti oldu. Dəmir yumruğu ilə tarixi və ilahi ədaləti bərpa edən xalqımızın sərkərdəsi əsrlərə, nəsillərə örnək və dastan olacaq qətiyyəti və hünəri ilə Azərbaycan tarixinin keçmişinə və gələcəyinə adını qızıl hərflərlə həkk etdirdi.
Daha sonra Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova öz çıxışında 44 günlük hərbi əməliyyatlar dövründə siyasi baxışından, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq hər bir azərbaycanlının milli birlik nümayiş etdirdiyini diqqətə çatdırdı və bu qələbəyə görə şəhidlərimizin ruhuna borclu olduğumuzu qeyd etdi.
Qəbələ Heydər Əliyev Mərkəzinin direktoru Fuad Qasımzadə çıxış edərək bildirdi ki, Sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən II Qarabağ müharibəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Zəfər salnaməsini yazdı. Dövlət başçısının qəti iradəsi və müdrik xarici siyasəti, müzəffər ordumuzun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində erməni işğalçıları həm hərbi, həm də siyasi meydanda ağır məğlubiyyətə uğradıldı, böyük qələbə qazanılaraq tarixi ədalət bərpa olundu, xalqımızın inamı özünə qaytarıldı.
Sonda Zərdab rayonundan olan Şəhid Mayor Rəhim Hüseynovun anası Həqiqət Hüseynova, Mərkəzin əməkdaşı Alagöz Namazova ,Nicat Əhmədzadə ,Ucar Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Tacətdin Mehdizadə, Şabran rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Mətanət Fərmanova,Şabran rayon Xəqani Poeziya evinin dirtektoru Aybəniz Əliyar,Qəbələ Heydər Əliyev Mərkəzinin bələdçisi Mahirə Kərimova geniş məruzə ilə çıxış etdilər.
image-244350778_2864853197111824_9008175123821712939_n
image-244350778_2864853197111824_9008175123821712939_n
image-244047419_2864855257111618_1763643818936664959_n
image-243878133_2864855423778268_9082621400477066699_n
image-243891980_2864855530444924_6100618469936823665_n
image-243898411_2864855767111567_9172470609217658797_n
image-243954375_2864855667111577_5183119335440944844_n
image-243985369_2864855633778247_9045315406470566244_n
image-244007890_2864855567111587_8400653798370720509_n
image-244177890_2864855603778250_6713744291115497644_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki