image-qanunla-reklam
image-media-1751655093_69622f7c24d63cd65bc35526df68d070-8n7lc32vbyz4pahisk9t

Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var

image-lady-day-az

Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var.

Son illərin qürurverici hadisələrindən biri də işğaldan azad edilmiş torpaqlarımızın beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul edilməsidir. İndiyə qədər Şuşada, Xankəndidə, Suqovuşanda və Şərqi Zəngəzurda mühüm əhəmiyyətli beynəlxalq tədbirlər, musiqi festivalları, sərgilər, idman yarışları keçirilib. Həmin tədbirlərdə dünya ictimaiyyətinin diqqəti Qarabağa, Şərqi Zəngəzura yönəlib. Dünya birliyi bir daha “Qarabağ Azərbaycandır!” reallığının şahidi olub. Bir neçə gün əvvəl Qarabağ, Xankəndi yenə də diqqət mərkəzində idi. Azərbaycanın dilbər guşəsi – Xankəndi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə ev sahibliyi edirdi. Qardaşlar bu dəfə Xankəndiyə toplaşmışdı. Bu, mühüm əhəmiyyətli tədbirdə dost və qardaş ölkələrin dövlət və hökumət başçılarının, nümayəndə heyətlərinin rəhbərlərinin Xankəndiyə səfəri şəhərin beynəlxalq arenada əhəmiyyətini bir daha dünyaya bəyan etdi. Zirvə görüşü Xankəndinin həm də regional və beynəlxalq əməkdaşlıq üçün mühüm bir platforma olduğunu göstərdi.

Xankəndinin nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi bütün Qarabağ regionu, eləcə də Şərqi Zəngəzur üçün yeni bir dövrün başlanğıcıdır. Bu tərəqqi iqtisadi canlanma və investisiyanın cəlbi ilə yanaşı, beynəlxalq əlaqələrin, o cümlədən əməkdaşlığın gücləndirilməsi və digər sahələrin daha da inkişafı üçün əlverişli imkanlar yaradır. Xankəndinin İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü kimi əhəmiyyətli tədbirlərə qucaq açması şəhəri regional və beynəlxalq dialoq, əməkdaşlıq və tərəfdaşlıq üçün mühüm bir mərkəzə çevirir. Bu, gələcəkdə digər beynəlxalq tədbirlərə də ev sahibliyi etmək üçün zəmin yaradacaq. Xankəndiyə baş tutan yüksək səviyyəli səfərlər və görüşlər, Azərbaycanın regionda sülh və sabitliyə verdiyi töhfəninin göstəricisidir. Bu görüşdə iştirak edən dövlət və hökumət başçılarının Füzulu Beynəlxalq Aeroportunda qəbul edilməsi işğaldan azad edilmiş ərazilərimizin sürətli inkişafının göstəricisidir. Qarabağda keçirilən belə tədbirlər müxtəlif ölkələr arasında mədəni və diplomatik əməkdaşlığı daha da genişləndirəcək, Qarabağı sülh və qardaşlıq körpüsünə çevirəcək. Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının, nazirlərin İqtisadi Əməkdaşlıq Təşkilatının müşahidəçilərinin, qeyri-üzv dövlətlərdən xüsusi qonaqların, iqtisadi inkişaf və rifaha nail olmaq üçün beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı hər bir qarabağlı, azərbaycanlı üçün böyük şərəf və qürurdur!

Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki