image-qanunla-reklam
image-1671690725_yol1

Bu yolda hərəkət məhdudlaşdırılacaq

image-lady-day-az

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 25-ci km-lik hissəsində (Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun önü) yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar, dekabrın 24-dən 25-nə keçən gecə saat 00:00-dan etibarən səhər saatlarınadək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır).

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “Qanunla.az”a verilən məlumata görə, sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki