image-qanunla-reklam
image-1621403319_6269339777b9f868237c6ff0392ffd08

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək – VİDEO

image-lady-day-az
Həssas əhali qrupuna aid edilən ailələrin üzvü sayılan tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək.
Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, e-telebe.edu.az elektron portalı vasitəsi ilə həmin kateqoriyaya daxil olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən qarşılanması üçün müraciətlərin qəbulu mayın 19-dan yenidən aktivləşdiriləcək.
Nazirlik rəsmisinin sözlərinə görə, həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq, sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020-2021-ci tədris ilinin yaz semestri üçün təhsil haqqı xərclərindən azad olmaq üçün e-telebe.edu.az elektron portalına mütləq qaydada müraciət etməlidirlər. Təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi yalnız əyani şəkildə təhsil alan tələbələrə şamil edilir.
2020-2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilən tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri üçün elektron portala müraciət etməyə ehtiyac yoxdur.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki