Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri zamanı verdiyi bəyanat ölkəmiz üçün mühüm siyasi hadisələrdən biri kimi diqqət çəkir. Bu görüş və imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə keçdiyini göstərir. Qarşılıqlı hörmət, etimad və əməkdaşlıq prinsiplərinə əsaslanan bu münasibətlər həm regional sabitlik, həm də ölkəmizin beynəlxalq mövqeyi baxımından böyük əhəmiyyət daşıyır.
Bu səfər zamanı xüsusilə sülh və əməkdaşlıq məsələlərinin ön plana çəkilməsi diqqətəlayiqdir. Regionda uzun illər davam edən gərginlikdən sonra sülh mühitinin möhkəmləndirilməsi, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi gələcəyə daha nikbin baxmağa əsas verir. Beynəlxalq nəqliyyat layihələri və regional bağlantı təşəbbüsləri isə yalnız iqtisadi inkişaf deyil, xalqlar arasında yaxınlaşma baxımından da vacib addımlardır.
Enerji, iqtisadiyyat və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri də xüsusi qeyd olunur. Azərbaycanın enerji təhlükəsizliyində artan rolu, innovasiya və süni intellekt sahəsində yeni layihələr ölkəmizin inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. Bu əməkdaşlıq həm iqtisadi rifaha, həm də texnoloji tərəqqiyə töhfə verəcək amil kimi qiymətləndirilir.
Ümumilikdə bu səfər və əldə olunan razılaşmalar Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasətinin ardıcıl və uğurlu davam etdiyini göstərir. Qarşılıqlı etimada əsaslanan bu münasibətlərin gələcəkdə də regionda sabitliyə, iqtisadi inkişaf və sülhə töhfə verəcəyinə inanırıq.
Dərya Əhmədova
Şıxbağı kənd tam orta ümumtəhsil məktəbin direktoru, “Tərəqqi” medallı müəllim

























