image-qanunla-reklam
image-1644990080_honduras-devlet-baskani-juan-orlando-hernandez-aa-1536105_2

Bu ölkənin keçmiş prezidenti saxlanıldı

image-lady-day-az

Hondurasın keçmiş prezidenti, səlahiyyət müddəti yanvarın 27-də başa çatan Xuan Orlando Hernandez saxlanılıb.

“Qanunla.az”  xarici  KİV-ə  istinadən xəbər verir ki, ABŞ-ın narkotik və silah qaçaqmalçılığı ittihamı ilə ekstradisiya etmək istədiyi Xuan Orlando Hernandez, Ali Məhkəmənin qərarından sonra paytaxt Tequsiqalpadakı evində polisə təslim olub.

Hernandez sorğu-sual olunmaq üçün polis bölməsinə aparılıb.

ABŞ-ın Tequsiqalpadakı səfirliyi Hernandezin Kolumbiya və Venesuela vasitəsilə ABŞ-a tonlarla kokain göndərdiyini və onun ekstradisiya edilməsinin vacibliyini vurğulayıb.

Honduras Xarici İşlər Nazirliyinin rəsmiləri bildiriblər ki, ABŞ səfirliyi bir siyasətçinin həbsini tələb edib və sorğu Honduras Ali Məhkəməsinə göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki