image-qanunla-reklam
image-1651467820_16514193174663064185_1000x669

Bu ölkə yanğınlarla mübarizədə dronlardan istifadə edəcək

image-lady-day-az

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yanğın əleyhinə dronlardan istifadə olunacaq.

“Qanunla.az” xəbər verir ki, bu barədə Dubay əmirliyinin hökuməti qərar verib.

Yanğın əleyhinə dronların yanğınsöndürən briqadalar və texnikalar üçün çətinlik törədən məkanlarda, xüsusən göydələnlərdə və təhlükəli tezalışan materialların olduğu anbarlarda istifadəsi nəzərdə tutulur.

Qeyd olunub ki, hazırda yanğınsöndürmə departamenti 180 ədəd bu cür aparatlarla təchiz edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki