Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.
Qanunla.Az xarici mətbuata istinadən xəbər verir ki, sanksiya ilə bağlı sənədə daha 206 yeni maddə əlavə edilib.
Bildirilib ki, siyahıya Rusiyanın milyarderləri – Qriqori Berezkin, Vladimir Yevtuşenko, Viktor Medvedçuk, Rusiya xarici işlər nazirinin həyat yoldaşı və başqaları daxil edilib.
Siyahıda “Lukoyl” şirkətinin sahibi, əslən azərbaycanlı milyarder Vahid Ələkbərovun da adı var.


























