Budapeşt memorandumu ABŞ və Türkiyənin zəmanəti ilə dəyişdirilsin.
Qanunla.Az xəbər verir ki, bu barədə hakim “Xalqın xidmətçisi” fraksiyasından verilən açıqlamada bildirilib.
Qeyd edək ki, Kiyev 1994-cü il Budapeşt memorandumunu imzalayaraq, nüvə silahından imtina etmişdi. Bunun əvəzində ABŞ, Rusiya və Böyük Britaniya Ukraynaın ərazi bütövlüyü, müstəqilliyi və təhlükəsizliyinə təminat öhdəliyi götürmüşdü.
Zelenski Ukraynanın təhlükəsizliyinə qarant verənlərdən biri olan Rusiyanın Krım və Donbası işğal etməsi səbəbindən bu anlaşmadan çıxa biləcəklərini və nüvə silahı yaratmaq istiqamətində çalışmaya başlayacaqlarını istisna etməyib.


























