image-qanunla-reklam
image-azeriqaz-iclas

Bu il 25 meşəətrafı kənd qazlaşdırılacaq

image-lady-day-az

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyi bu il ölkədə 25 meşəətrafı kəndi qazlaşdıracaq.

Bu barədə Qanunla.Az-a qurumdan bildirilib.

Məlumata görə, “Azəriqaz”la Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında növbəti dəfə işçi görüş keçirilib. Görüşdə İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev və digər məsul şəxslər, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, nazirliyin digər struktur bölmələrinin rəhbər şəxsləri iştirak ediblər.

Görüşdə ölkə ərazisində ətraf mühitin, xüsusilə meşə sahələrinin qorunması və onların bərpası məqsədilə meşə sahələrinə yaxın yerləşən, təbii qazdan istifadə etməyən yaşayış məntəqələrində mərhələli şəkildə müvafiq infrastrukturun qurulması istiqamətində birgə fəaliyyətin təşkil olunması məsələləri geniş müzakirə edilib.

“Azəriqaz”ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov hazırda ölkə üzrə 982 qazlaşmayan kəndin mövcud olduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb. Şöbə rəisi bildirib ki, bunlardan 426-ı meşə ətrafı ərazidə yerləşir. Bu ərazilərdən isə yalnız 260-nın texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli hesab edilir.

“Azəriqaz” 2022-ci ildə sözügedən 260 kəndin 25-ni təbii qazla təmin edəcək. Qalan 235 kənd isə növbəti 5 ildə tamamilə qazlaşdırılacaq.

Görüş zamanı digər məsələlər də müzakirə edilib. Bildirilib ki, yeni ərazilərin qazlaşdırılması əhalinin sosial-iqtisadi rifahının yaxşılaşdırılmasına da dəstək olacaq.

Bir 1 nəfər, oturmalı və kostyum şəkili ola bilər

Bir 1 nəfər və oturmalı şəkili ola bilər

Bir 1 nəfər və oturmalı şəkili ola bilər

Bir 3 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 3 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki