İtaliyanın xarici işlər naziri Luici Di Mayo ukraynalı həmkarı Dmitri Kuleba ilə Ukrayna böhranının həlli imkanlarını müzakirə edəcək.
“Qanunla.az” xəbər verir ki, görüş fevralın 15-də Kiyevdə keçiriləcək.
“Xarici işlər naziri Luici Di Mayo İtaliyanın Rusiya və Ukrayna arasında gərginliyi aradan qaldırmaq səyləri çərçivəsində fevralın 15-də Kiyevə yola düşəcək”, – İtaliya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
İtaliyanın xarici işlər nazirinin çərşənbə günü Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmaq üçün Moskvaya səfər edəcəyi gözlənilir.


























