image-qanunla-reklam
image-1646638409-fnjthirxwaqz7wu

Bu gün Odessadan 50-dən çox azərbaycanlının təxliyə ediləcək

image-lady-day-az

“Odessa Azərbaycanlılarının Diasporu “Birlik” ictimai təşkilatı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu günə kimi Odessadan 500-dən çox azərbaycanlını təxliyə edib”.

“Qanunla.az” xəbər verir ki, bu barədə təşkilatın sədri Rövşən Quliyev məlumat verib.

O bildirib ki, artıq təxliyə üçün müraciət edənlərin sayı azalıb.

“Dünən 60-a yaxın şəxsin təxliyəsini həyata keçirmişik. Bu gün də 50 nəfərin təxliyəsi planlaşdırılır. Soydaşlarımız kiçiktutumlu avtobuslarla təxliyə edilir”, – Rövşən Quliyev qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki