Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır.
Bu gün dünya təhlükəsizlik və sabitlik məsələləri tarixi dönüş mərhələsindədir. Cənubi Qafqazda və qlobal səviyyədə davam edən geosiyasi çətinliklər, xüsusilə enerji bazarlarında baş verən dalğalanmalar, ölkələrin enerji təchizatı və təhlükəsizliyi siyasətlərinə yeni məna qatıb. Bu mövzular, XIII Qlobal Bakı Forumda Prezident cənab İlham Əliyev tərəfindən səsləndirilən fikirlərin əsas mərkəzində yer alıb. Bu il “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” başlıqlı forumda dövlət başçısı çıxışında qeyd edib ki, müasir dünyada enerji təhlükəsizliyi artıq hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib. Qlobal enerji bazarlarının artan qeyri‑sabitliyi, neft və qaz qiymətlərinin sürətlə dəyişməsi, müəyyən regionlarda yaranan silahlı toqquşmalar kimi faktorlar ölkələri daha da güclü və davamlı enerji strategiyalarına yönləndirir. Ölkə başçımız bildirib ki, Azərbaycan bu reallığı dərindən anlayan ölkələrdən biridir və qonşu regionlarla müqayisədə strateji mövqeyini enerji təhlükəsizliyinin təmin edilməsində artan şəkildə istifadə edir. Ölkənin hasilat və ixrac etdiyimiz qaz həcminin artması beynəlxalq bazarlarda etibarlı enerji mənbəyi kimi mövqeyini gücləndirir. Bu, yalnız iqtisadi göstəricilər üçün deyil, həm də regionun siyasi stabilliyi və qarşılıqlı asılılıq sistemində önəmli rol oynayır.
Forum çərçivəsində aparılan geniş müzakirələrdə Prezident cənab İlham Əliyev qlobal enerji təhlükəsizliyinin yalnız enerji resurslarının mövcudluğu ilə ölçülmədiyini, həm də enerji infrastrukturunun qorunması, rəqabət qabiliyyətli qiymətlərin təmin olunması, təhlükəsizlik şəraitinin möhkəmləndirilməsi və diplomatların bu sahədə qarşılıqlı əməkdaşlıq vasitəsində uzlaşdırılmış addımların atılması ilə də bağlı olduğunu vurğulayıb. Bu baxımdan forum təkcə fikir mübadiləsi üçün bir platforma deyil, həm də strateji qərarların və əməkdaşlığın təşviq edildiyi vacib beynəlxalq məkan kimi diqqət çəkdi.
Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin müəllimi-Həqiqət Səmədova























