image-qanunla-reklam
image-0bdf2c1f174663020671208412910049394

Bu gün də Azərbaycan və Vyetnam arasında əlaqələr qarşılıqlı hörmət, bərabərlik və mədəni yaxınlıq prinsipləri üzərində inkişaf edir

image-lady-day-az

Bu gün də Azərbaycan və Vyetnam arasında əlaqələr qarşılıqlı hörmət, bərabərlik və mədəni yaxınlıq prinsipləri üzərində inkişaf edir

Azərbaycanın Vyetnamla dostluğu yalnız enerji sahəsində olmayıb. SSRİ dövründə minlərlə vyetnamlı tələbə, xüsusilə Bakıdakı Dövlət Neft və Sənaye Universitetində təhsil alıb. Onların bir çoxu sonradan öz ölkələrində yüksək vəzifələrə yüksəlib və bu gün  Azərbaycanıözlərinin “ikinci Vətəni” kimi qəbul edirlər.

2014-cü ildə Prezident İlham Əliyevin Hanoya səfərindən sonra yeni əməkdaşlığın inkişaf istiqamətləri müəyyənləşib. Bu gün Azərbaycan – Vyetnam əlaqələri humanitar sahədə də genişlənməkdədir. Heydər Əliyev Fondunun Vyetnamdakı xeyriyyə fəaliyyəti – məktəb binalarının tikintisi, görmə qabiliyyəti məhdud şəxslər üçün dəstək layihələri – bu dostluğun canlı təzahürüdür. Fondun vitse-prezidenti Leyla Əliyevanın bu yaxınlardakı səfəri də iki xalq arasında mənəvi bağların möhkəmləndirilməsi istiqamətində növbəti addım kimi diqqət çəkir.

Bu gün də Azərbaycan və Vyetnam arasında əlaqələr qarşılıqlı hörmət, bərabərlik və mədəni yaxınlıq prinsipləri üzərində inkişaf edir. Enerji, təhsil, humanitar kimi sahələrdə ortaq irs, ədəbiyyat və sənət vasitəsilə yaşadılan bu dostluq xalqlar arasında möhkəm körpüyə çevrilib.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra qarşılıqlı səfərlərin əhəmiyyəti nəzərə alınaraq 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidenti Truonq Tan Sanqın Azərbaycana rəsmi səfəri ölkələr arasında siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələlərdə əməkdaşlığın dərinləşməsinə etibarlı zəmin yaradıb. Bu gün iki dövlət liderlərinin siyasi iradələri sayəsində ölkələrimiz arasında fəal siyasi dialoq və beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq yüksək dəyərləndirilib.

Prezident İlham Əliyev Vyetnam KP MK-nın Baş katibi To Lamın Bakıya səfərinin yekunlarına münasibət bildirərkən bu siyasi hadisənin  Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıdığını söyləyib: “Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək. Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq”.

Beləliklə, iki ölkə arasında formalaşan strateji dostluq münasibətləri milli maraqlara və müasir çağırışlara əsaslanan çoxvektorlu xarici siyasət həyata keçirməklə davamlı sosial-iqtisadi inkişafı təmin edən və beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirən Azərbaycan ilə Vyetnam arasında iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, humanitar, turizm, təhsil, habelə hərbi və digər sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərə yol açır.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Azərbaycan-Vyetnam əlaqələrinin eyni zamanda təhsil sahəsində də böyük köklərə malikdir

Azərbaycan ilə Asiya ölkələri arasında əməkdaşlıq son illər yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Prezidentinin Çinə dövlət səfəri, cari il ərzində Pakistan Baş nazirinin və İran Prezidentinin ölkəmizə səfərləri Azərbaycan ilə Asiya ölkələri arasında fəal dialoqun, çoxşaxəli əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə mühüm töhfə verir. Bu xüsusda, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri mühüm önəm kəsb edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Vietnam News Agency” agentliyinə verdiyi müsahibəsində iki ölkə arasında tarixi dostluq əlaqələrinin müxtəlif sahələrinə ətraflı nəzər saldığını söyləyən deputat bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri xalqlarımız arasında mehriban dostluq münasibətlərinin inkişafında böyük rol oynayıb.

Azərbaycan neft mütəxəssislərinin Vyetnamda neft sənayesinin qurulmasında böyük xidmətlər göstərdiyini söyləyən Mircəlil Qasımlı deyib: “1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycan SSR-yə səfərindən sonra Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin qurulmasına cəlb ediliblər. 2014-cü ilin mayında Azərbaycan Prezidentinin Vyetnama, bir il sonra isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana səfərləri ölkələrimiz arasında əlaqələrin dinamik inkişafında xüsusi rola malikdir.

Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində oxuyan minlərlə vyetnamlı tələbə sonrakı illərdə Vyetnamın hərtərəfli inkişafına böyük töhfələr verib. Bu gün də Vyetnamda yüksək vəzifələrdə çalışanlar arasında Azərbaycanda təhsil alanlar var. 2014-cü ildə Azərbaycan Prezidenti Hanoyda ölkəmizin ali təhsil müəssisələrinin vyetnamlı məzunları ilə görüşündəki çıxışında qeyd etdiyi kimi, Azərbaycan-Vyetnam əlaqələrinin təməlini Azərbaycanda təhsil alan, bizim ölkədə yaşayan, xoşbəxt gənclik çağlarını yaddaşında saxlayan insanlar qoyub”.

Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün yaxşı potensial mövcuddur. Dövlətimizin başçısı müsahibəsində vurğuladı ki, Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Əlbəttə ki, Vyetnam Prezidentinin nəzərdə tutulan səfəri iqtisadi və ticarət əlaqələrimizə müsbət təsir göstərəcək və yeni perspektivlər açacaq.

Heydər Əliyev Fondunun iki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafına önəmli töhfələr verdiyini söyləyən deputat qeyd edib ki, Fond tərəfindən Vyetnamda sosial sahədə, o cümlədən təhsil sektorunda önəmli layihələr icra edilib. Bu xüsusda, cari ilin aprelində Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın Vyetnama səfəri çərçivəsində də bu istiqamətlərdə mühüm müzakirələr aparılıb.

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin Azərbaycana səfəri, aparılan müzakirələr, qəbul olunacaq qərarlar ölkələrimiz arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinə, dost xalqlarımızın daha da yaxınlaşmasına təkan verəcək.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd sakini fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki