Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır.
Bu gün Cənubi Qafqaz regionunda baş verən mürəkkəb və çoxşaxəli geosiyasi proseslər nəticəsində tamamilə yeni və əvvəlki dövrlərdən köklü şəkildə fərqlənən reallıq formalaşmaqdadır; belə ki, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın öz ərazi bütövlüyünü böyük ölçüdə bərpa etməsi regionda uzun illər davam etmiş status-kvonu dəyişdirərək yeni siyasi və iqtisadi imkanların yaranmasına səbəb olmuş, bununla yanaşı, post-münaqişə mərhələsində kommunikasiya xətlərinin açılması məsələsi aktuallaşmış və xüsusilə Zəngəzur dəhlizi kimi strateji layihələr regionu beynəlxalq nəqliyyat və ticarət marşrutlarının mühüm hissəsinə çevirmək potensialı ilə diqqət mərkəzinə çıxmışdır; eyni zamanda, Azərbaycan, Türkiyə və Gürcüstan arasında artıq formalaşmış və real nəticələr verən üçtərəfli əməkdaşlıq modeli çərçivəsində həyata keçirilən Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi iri enerji layihələri regionun qlobal enerji təhlükəsizliyində rolunu daha da gücləndirmiş, Avropa İttifaqı və digər beynəlxalq güclərin bu bölgəyə marağını əhəmiyyətli dərəcədə artırmışdır; bununla paralel olaraq, son illərdə region ölkələri arasında sülh gündəliyinin irəli çəkilməsi, sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində aparılan danışıqlar, həmçinin iqtisadi inteqrasiya və ticarət əlaqələrinin genişlənməsi istiqamətində atılan addımlar Cənubi Qafqazın tədricən münaqişə və qarşıdurma zonasından əməkdaşlıq, sabitlik və inkişaf məkanına çevrilməsi üçün real zəmin yaratmışdır; bütün bu dəqiq faktlar və müşahidə olunan tendensiyalar onu göstərir ki, Cənubi Qafqaz artıq yalnız geosiyasi rəqabət məkanı deyil, eyni zamanda beynəlxalq nəqliyyat dəhlizlərinin, enerji layihələrinin və iqtisadi əməkdaşlığın kəsişdiyi, strateji əhəmiyyəti getdikcə artan yeni bir regional sistem kimi formalaşmaqdadır.
Zərdab rayon Heydər Əliyev MərkəzininElmi işçisi – Alagöz Namazova





















