image-qanunla-reklam
image-azerbaycan-ozbekistan-prezidentler

Bu gün biz Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasını birlikdə açacağıq

image-lady-day-az

Bu gün biz Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasını birlikdə açacağıq.

Prezident cənab İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu getdikcə artırır, dostluq körpüləri daha möhkəm təməl üzərində dayanır. Bu strateji xəttin ən parlaq nümunələrindən biri də Mərkəzi Asiya istiqamətində atılan ardıcıl və məqsədyönlü addımlardır. Xüsusilə, Özbəkistanla münasibətlər yüksək səviyyədə inkişaf etdirilir. Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı səfərləri, imzalanan sənədlər, keçirilən görüşlər təkcə protokol tədbirləri yox, həm də xalqlar arasında mənəvi bağların, ortaq tarixin və taleyin təntənəsidir. İyulun 2-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri iki ölkə arasındakı bağların daha da gücləndiyini bir daha təsdiq edir. Prezidentlərin təkbətək görüşü, həmçinin cənab İlham Əliyevin və cənab Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi, sənədlərin mübadiləsi münasibətləri daha da möhkəmləndirir.

Azərbaycanla Özbəkistan beynəlxalq müstəvidə çiyin-çiyinə irəliləyir. Türk Dövlətləri Təşkilatından BMT-yə qədər müxtəlif platformalarda hər iki dövlət bir-birini dəstəkləyir, ortaq maraqları müdafiə edir. Hər addımda səsləri bir, mövqeləri eynidir. Özbəkistanın Azərbaycanın haqq savaşında – 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi qətiyyətli mövqe isə qardaşlıq əlaqələrinin təcəssümüdür. Özbəkistan münaqişənin tarixə qovuşmasında Azərbaycanın ədalətli mövqeyə daim açıq və birmənalı dəstək verib. Özbək diplomatiyası beynəlxalq təşkilatların tribunalardan Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən çağırışlar səsləndirib, qardaşlıq və prinsipiallığın rəmzinə çevrilib. Bu gün Türk dünyasında, eləcə də Avrasiya məkanında sabitliyin, inkişafın və birliyin əsas sütunlarından biri olan iki qardaş ölkə birgə addımlamaq əzmini ortaya qoyur. Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər hövzəsi birləşərək vahid geosiyasi məkan kimi formalaşır. Hər iki ölkə başçısının iştirakı ilə Bakıda Özbəkistanın Azərbaycandakı səfirliyinin inzibati binasının açılış mərasimi də keçirilib. Müasir üslubda ərsəyə gətirilən bina qardaş ölkələr arasında əlaqələri daha da genişləndirəcək.

Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki