Qadınlara könüllülük əsasında 6 ay müvəqqəti hərbi xidmət keçməsinə imkan yaradacağıq, bundan sonra onlar da “Vətəndaşın müdafiəçisi” məntiqi ilə daha uzunmüddətli hərbi xidmət keçə bilərlər.
“Qanunla.az” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan a hökumətin iclasında deyib.
Müdafiə naziri Suren Papikyana müraciət edən Paşinyan 6 aylıq hərbi xidmət üçün ərizə yaza biləcəklərini soruşub.
“Qış çağırışına düşmək üçün hər şeyi edəcəyik, yay çağırışına keçib-keçməyəcəyimizi demək çətindir, hər şey sürətimizdən asılıdır”, – Papikyan bildirib.
Paşinyan cavabında “Qadınlarımız üçün yeni və təzə infrastrukturlara malik olmağı qarşımıza vəzifə qoymuşuq ki, prosesə yeni məzmun və təravətlə başlaya bilək, bu, onlar üçün yeni səhifədir”, – deyə bildirib.


























