image-qanunla-reklam
image-britaniya

Britaniyanın Baş naziri Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb

image-lady-day-az

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə, o cümlədən bankların fəaliyyəti və ya onların SWIFT sisteminə çıxışının məhdudlaşdırılması sahəsində məhdudiyyətlərin artırılmasına dair çağırış edib.

Bu barədə “Qanunla.Az” TASS-a istinadən xəbər verir.

“Etiraf etməliyik ki, sanksiyalarla bağlı daha çox iş görməliyik. Biz daha çox şey edə bilərik və bunu etməliyik”, – o, bazar ertəsi “Sky News” telekanalının efirində deyib.

“Dünya SWIFT, bankçılıq sahəsində daha çox şey edə bilər, fiziki şəxslərə qarşı sanksiyaların genişləndirilməsi üçün daha çox iş görülməlidir”, – B.Conson söyləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki