Britaniya İsveç və Finlandiyanın öz gələcəkləri ilə bağlı istənilən qərarını dəstəkləyəcək.
Qanunla.az xəbər verir ki, bu barədə B.Britaniyanın xarici işlər naziri Liz Trass Tvitter səhifəsində sözügedən ölkələrin NATO-ya daxil olma niyyətləri ilə bağlı yazıb.
“Bu ölkələr öz gələcəklərini müdaxiləsiz müəyyən etməkdə sərbəstdirlər. Britaniya onların istənilən qərarını dəstəkləyəcək”, – deyə nazir bildirib.


























