image-qanunla-reklam
image-1688796229-37e20a02-a0fa-31e8-81a0-67a718b7d16e_850

Braziliyada çoxmənzilli bina çökdü – Ölənlər var

image-lady-day-az

Braziliyanın şimal-şərqində yaşayış binasının çökməsi nəticəsində azı 8 nəfər ölüb, 5 nəfər itkin düşüb.

“Qanunla.az” xəbər verir ki, yaşayış binası Braziliyanın Pernambuko ştatında yerləşir. Çökmə iyulun 7-də səhər saatlarında baş verib.

Ölənlər arasında 8 və 5 yaşlı iki azyaşlı uşaq da var.

Mülki müdafiə nümayəndələrinin sözlərinə görə, dağıntılar altından 4 nəfər sağ xilas edilib. Dağılmanın səbəbi hələlik məlum deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki