Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
2022-ci ilin avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülməsi ilə 30 ildən artıq qaçqın və köçkün həyatı yaşayan Laçın sakinlərinin də torpaq həsrətinə son qoyulub. Bu, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbənin daha bir nəticəsi idi. Ermənistan imzaladığı üçtərəfli bəyanata məcburi şəkildə əməl etməli oldu. Belə ki, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Hər bir işğaldan azad olunan rayon Azərbaycanın ayrılmaz hissəsidir. Əlbəttə ki, işğal zamanı bunun ağrısını bütün xalqımız çəkirdi. Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi. Beləcə, böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Lakin rəsmi İrəvanın cinayətləri bundan sonra da davam etmişdir. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub. Laçın işladan azad olunduqdan sonra bu cinayətlər bir daha açıq-aydın göründü. Amma Ermənistan öz istəyinə çata bilmədi. 44 günlük Vətən müharibəsi zamanı Laçına yerləşdirlmiş erməni əsilli qaçıqınlar buradana qaçmalı oldular. Onlar Ermənistana inanıb bura gəlmişdilər, lakin sonradan aldanıldıqlarını gördülər. Bu torpaqlarda yaşmağı haqq edənlər yenidən oranı geri aldılar. Azərbaycan xalqı Laçın və digər işğalda olan torpaqlarımızın mütləq işğaldan azad ediləcəyinə inanırdı. Bu inam təkcə kiminsə subyektiv düşüncəsinin məhsulu deyildi. Bu mücadilədə Azərbaycan dövlətinin haqlı olması və dünya miqyasındakı nüfuzunun gücü şər qüvvələrin inadını qırmağa kifayət etdi.
Veteran müəllim Vəfadar Niftəliyev