image-qanunla-reklam
image-16698749333350241979_1200x630

Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu

image-lady-day-az

Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

 Laçın rayonu Azərbaycanın qərbində, Kiçik Qafqazın qoynunda yerləşən, həm təbii sərvətləri, həm də strateji mövqeyi ilə seçilən mühüm bir bölgədir. Buradan keçən “Laçın dəhlizi” Ermənistanı Xankəndi ilə birləşdirən əsas yol olduğuna görə rayon hər zaman hərbi və siyasi baxımdan böyük əhəmiyyət kəsb etmişdir. İşğaldan əvvəl Laçın rayonunda 60 minə yaxın əhali yaşayırdı və burada həm kənd təsərrüfatı, həm də sənaye sahələri inkişaf etmişdi.1992-ci ilin əvvəllərində Azərbaycanda baş verən siyasi böhran, ordudakı nizamsızlıq və daxili çəkişmələr Laçının müdafiəsini zəiflətmişdi. Şuşanın işğalından sonra yaranan gərginlik fonunda erməni silahlı dəstələri hücuma keçərək 18 may 1992-ci ildə Laçın rayonunu işğal etdilər. Şəhər yandırıldı, kəndlər talan edildi, 8 mindən çox əhali məcburi köçkünə çevrildi. İşğal nəticəsində 200-dən çox mədəniyyət və tarixi abidə, yüzlərlə məktəb, səhiyyə və təsərrüfat obyektləri məhv edildi. Ümumilikdə, Laçına dəymiş ziyan milyardlarla dollarla ölçülürdü.Laçının işğalı təkcə hərbi yox, həmçinin humanitar bir faciə idi. Beynəlxalq ictimaiyyət buna lazımi reaksiyanı verməmişdi. Ermənistan isə bölgədə qeyri-qanuni məskunlaşma siyasəti apararaq əhalinin demoqrafik tərkibini dəyişdirməyə, tarixi-coğrafi adları saxtalaşdırmağa cəhd göstərdi. Bu, Cenevrə konvensiyalarına zidd olaraq müharibə cinayətləri sırasına daxil edilən əməllər idi.Lakin 2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qələbəsi ilə nəticələndi. Azərbaycan Ordusunun qəhrəmanlığı, Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Ermənistan kapitulyasiyaya məcbur oldu və 1 dekabr 2020-ci ildə Laçın rayonu işğaldan azad edildi. Daha sonra, 2022-ci ilin 26 avqustunda Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu və Zabux, Sus kəndləri tam nəzarətə götürüldü.Bu gün isə Laçın yeni həyatına qədəm qoyur.

 

Ehtiram Osmanov   Zərdab rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki