image-qanunla-reklam
image-boyuk_qayidish-_qabil_huseynli9087

Böyük Qayıdış Proqramı

image-lady-day-az

Böyük Qayıdış Proqramı

17 oktyabr 2020-ci il tarixində cənab Prezident xalqa müraciətində xalqımızı təbrik edərək Füzuli şəhərinin erməni işğalçlarından azad edilməsi müjdəsini vermişdir. Həmin vaxt çıxışında cənab Prezident bildirmişdir ki, bu gün tarixi bir gündür, on yeddi oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Budur, biz artıq 17 oktyabr tarixini Füzuli şəhəri günü kimi qeyd edirik.

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə  işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır.                  17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür.

Vətən Müharibəsi zamanı isə Füzuli əməliyyatı Azərbaycan Ordusunun  cənub-şərq cəbhəsində apardığı ən əhəmiyyətli döyüşlərdən biri olmuşdur. Füzuli uğrunda aparılmış döyüşlər həm də müharibənin ən ağır döyüşlərindən idi. 30 il ərzində düşmən  təmas xəttində möhkəm istehkamlar qurmuşdur. Normal şəraitdə 30 il ərzində qurulmuş müdafiə xətlərini yarmaq üçün ən azı bir neçə ay vaxt lazımdır. Lakin qələbə əzmli Ali Baş Komandan və onun Müzəffər Ordusu müharibənin başlamasından bir ay keçməmiş onlarla kəndin, Cəbrayıl rayonun azad edilməsinin ardından Füzulini də düşmən işğalından azad etdi. Füzulinin azad edilməsi bizə həm mənəvi güc, həm də strateji üstünlük qazandırmışdır. Füzulinin azad olunması düşmənə psixoloji zərbə də vurdu. Belə ki, məhz bundan sonra Ermənistan ordusunda fərarilik halları daha da intensivləşdi. Bu da səbəbsiz deyildi. Çünki məhz 30 illik istehkamların darmadağın edilməsindən sonra düşmən Azərbaycan Ordusunun qarşıya qoyduğu bütün məqsədlərə nail olacağını dərk etdi. Füzuli azad olunandan üç gün sonra Zəngilan şəhəri azad edildi, beş gün sonra Qubadlı, ondan sonra isə Azərbaycan Ordusu Laçın dəhlizinə çıxdı.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev azad olunmuş Füzuliyə dəfələrlə səfər edib. İlk dəfə, 16 noyabr 2020-ci il tarixdə Füzuli şəhərində Azərbaycan bayrağın ucaldıb. Digər səfərləri isə çox mühüm təməlqoyma mərasimləri, açılışlar, xarici dövlət başçılarının Füzuliyə səfəri ilə yadda qalıb.

Bu gün Füzulidə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə sürətli yenidən qurma və bərpa işlərinin aparılması ondan xəbər verir ki, dədə-baba yurdlarından didərgin düşmüş füzulilər tez bir zamanda doğma torpaqlarına qayıdacaqlar.

2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir.

İlkin mərhələdə 144 ailə köçürülüb. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan ailələrdir.

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı 2024-cü il yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.

Bu vaxta kimi Füzuliyə 824 ailə (3141 nəfər) köçürülüb. Böyük Qayıdış Proqramının birinci mərhələsində – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.

 

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki