Bolqarıstan Rusiya gəmilərinin ölkə limanlarına daxil olmasını qadağan edib.
Qanunla.az xəbər verir ki, bu barədə Bolqarıstan Dəniz Administrasiyası məlumat yayıb.
Məlumata görə, Bolqarıstan limanlarına yalnız qəzaya uğrayan və humanitar yardıma ehtiyacı olan, enerji daşıyıcıları, ərzaq və dərman daşıyan gəmilər yan ala biləcək.


























