Bölgələrdə ekoloji tarazlığın qorunması və ətraf mühitə böyük diqqət göstərilməlidir
Müasir dövrdə qlobal ekoloji problemlər bəşəriyyətin ən ciddi qarşıdurduğu məsələlərdən biridir. İqlim dəyişikliyi, torpaqların deqradasiyası, su ehtiyatlarının azalması, meşələrin qırılması, hava və suyun çirklənməsi kimi hallar ekoloji tarazlığa birbaşa təsir göstərir. Bu problemlər təkcə böyük şəhərləri deyil, həm də bölgələrdəki kənd təsərrüfatı, sənaye və yaşayış sahələrini əhatə edir. Ona görə də, bölgələrdə ekoloji tarazlığın qorunması strateji əhəmiyyət daşıyır və hər bir dövlətin davamlı inkişaf siyasətinin əsas hissəsi olmalıdır. Ekoloji tarazlıq təbiətin müxtəlif komponentləri – torpaq, hava, su, bitki və heyvan aləmi arasında qarşılıqlı əlaqə və harmoniyanın qorunması deməkdir. Bu tarazlıq pozulduqda, nəticə etibarilə həm təbiət, həm də insan həyatı zərər çəkir. Məsələn, meşələrin məhv edilməsi eroziya, torpaq məhsuldarlığının azalması və iqlim dəyişikliklərinə səbəb olur. Buna görə də, bölgələrdə ekoloji tarazlığın qorunması həm iqtisadi, həm də sosial rifahın təmin edilməsində mühüm rol oynayır.
Bölgələrdə ekoloji problemlərin bir çox səbəbləri vardır. Sənaye və kənd təsərrüfatı tullantıları – Filtrasiya sistemlərinin olmaması nəticəsində çay və göllərin çirklənməsi; Meşə qırıntıları və otlaqların məhv edilməsi – torpağın eroziyaya uğraması; Nəqliyyatın artması və havanın çirklənməsi – xüsusən də iri şəhərlərə yaxın bölgələrdə ekoloji tarazlığın pozulması; Qeyri-qanuni ov və balıqçılıq – bioloji müxtəlifliyin azalması; İqlim dəyişikliyi və quraqlıq – bölgələrdə su ehtiyatlarının azalmasına və ekosistemin zəifləməsinə gətirib çıxarır. Hər bir bölgənin özünəməxsus təbii xüsusiyyətləri, resursları və ekosistemi var. Buna görə də, ekoloji siyasət vahid dövlət strategiyasına əsaslansa da, bölgələrin spesifik xüsusiyyətlərini nəzərə almalıdır. Məsələn, dağlıq ərazilərdə torpaq eroziyasına qarşı tədbirlər, su qıtlığı olan zonalarda isə su ehtiyatlarının səmərəli istifadəsi prioritet olmalıdır. Yerli icmaların, bələdiyyələrin bu prosesə cəlb edilməsi də xüsusi əhəmiyyət daşıyır. Bölgələrdə ekoloji tarazlığın qorunması təkcə təbiətin deyil, həm də gələcək nəsillərin sağlam həyat şəraitinin təminatı deməkdir. Ətraf mühitə diqqət göstərmək – hər bir insanın və vətəndaşın borcudur. Dövlət strukturları, yerli idarəetmə orqanları, ictimai təşkilatlar və vətəndaşlar birgə fəaliyyət göstərsələr, ekoloji sabitlik və davamlı inkişaf tam şəkildə təmin oluna bilər. Unutmaq olmaz ki, təbiəti qorumaq – öz həyatımızı qorumaq deməkdir.
Veteran müəllim Vəfadar Niftəliyev



















