image-qanunla-reklam
image-60fac89a0328660fac89a032891627048087c4dd5a510e31d6be174bed88da9f74f0

Bölgədə infrastrukturun yenidən qurulması, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi

image-lady-day-az

Bölgədə infrastrukturun yenidən qurulması, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi

 

İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir. Bu prosesin ən mühüm komponentlərindən biri müasir infrastrukturun formalaşdırılmasıdır. Xüsusilə Kəlbəcər rayonunda aparılan yol, enerji və mühəndis-kommunikasiya layihələri bölgənin gələcək sosial-iqtisadi inkişafının əsasını təşkil edir. Bu baxımdan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisi strateji əhəmiyyət kəsb edən, bölgənin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən mühüm layihələrdən biridir. Kəlbəcərə girişin ən çətin olduğu istiqamətlərdən keçən bu yol təkcə mühəndislik baxımından deyil, həm də strateji-coğrafi mövqeyi ilə xüsusi əhəmiyyət daşıyır. Çətin relyef şəraitinə baxmayaraq uzunluğu onlarla kilometr olan yol boyunca tunellər, körpülər, viyaduklar və təhlükəsizlik qurğuları inşa olunur. Tikintisi davam edən Murovdağ tuneli regionun ən böyük infrastruktur layihələrindən biri olmaqla Kəlbəcərə fasiləsiz və təhlükəsiz yol bağlantısını təmin edəcək. Bu yol açıldıqdan sonra Kəlbəcər bölgəsi ilə digər iqtisadi zonalar arasında nəqliyyat əlaqələri əhəmiyyətli dərəcədə yaxşılaşacaq.

Toğanalı–Kəlbəcər–İstisu yolunun istifadəyə verilməsi bölgənin sosial-iqtisadi dirçəlişini sürətləndirəcək. İlk növbədə əhali üçün rahat gediş-gəliş təmin olunacaq, köç prosesinin daha səmərəli təşkili mümkün olacaq. Eyni zamanda, İstisu kimi unikal turizm məkanına çıxışın asanlaşması regionun turizm potensialının tam reallaşdırılmasına şərait yaradacaq. Bu isə yeni iş yerlərinin açılmasına, sahibkarlığın inkişafına və xidmət sektorunun genişlənməsinə töhfə verəcək. Avtomobil yolunun çəkilişi həm də təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır. Bölgənin hərbi-strateji mövqeyi nəzərə alındıqda müasir yol infrastrukturu müdafiə qabiliyyətinin gücləndirilməsinə, ərazilərin tam nəzarət altında saxlanılmasına və operativ hərəkət imkanlarının genişlənməsinə şərait yaradır.

Beləliklə, Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu yalnız nəqliyyat layihəsi deyil, həm də işğaldan azad olunmuş torpaqlarda dövlət siyasətinin əsas hədəflərini — bərpa, inkişaf, təhlükəsizlik və əhalinin geri dönüşünü — təmin edən mühüm strateji infrastruktur layihəsidir. Bu yol özündə həm bölgənin dirçəlişini, həm də Azərbaycanın gələcəyə hesablanmış inkişaf vizyonunu ehtiva edir.

 

Zərdab rayon  Gəlmə kənd sakini,gənc fəal-Tağızadə Ziya


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki