Ukrayna ordusu Mariupolda rus ordusunun hücumunu dəf edib və düşmənin PDM-ni məhv edib.
Qanunla.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
“İşğalçılar Mariupolun küçələrinin birində hücuma keçiblər. Hücum zirehli texnikanın müşayiəti ilə baş tutub. Atəş nəticəsində PDM məhv edilib, 10-a yaxın işğalçı isə öldürülüb”, – məlumatda qeyd olunub.
Bundan başqa, dünən axşam Ukrayna ordusu bir kəşfiyyatçını zərərləşdirib.
“Onun hərbi formasının üzərində “Bob Marlinin dəstəsi”, “Ölüləri öldürmək olmaz” yazılmışdı”, – məlumatda qeyd olunub


























