image-qanunla-reklam
image-1689539609_1689538715_442540

BMT Təhlükəsizlik Şurasındakı müzakirələr Ermənistan diplomatiyasının tam iflası oldu

image-lady-day-az

Diqqəti Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 17-də hökumətin iclasında çıxışı zamanı BMT Təhlükəsizlik Şurasındakı müzakirələri və üzv dövlətlər tərəfindən səslənmiş bəyanatları təhrif etməsinə yönəldəndək:işğalçı dövlət hər zaman məğlubiyyətini ört-basdır etmək üçün cəhdlər edir: “Amma unudur ki, yalanlarla ədaləti, beynəlxalq hüququ inkar etmək mümkün deyil. Hər bir məsələdə aciz duruma düşən Ermənistan himayədarlarının dəstəyinə arxalandığını qabarıq şəkildə büruzə verir.  Azərbaycan Xarici İşlər Nazirliyinin Nikol  Paşinyanın BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələri təhrif etməsinə münasibətində də  bu cəhd  Ermənistanın növbəti dəfə BMT Təhlükəsizlik Şurasında  düçar olduğu uğursuzluqla barışmaq istəmədiyi kimi şərh edilir. BMT Təhlükəsizlik Şurasının  üzvlərinin əksəriyyətinin vurğuladığı kimi, bölgədə sülh və sabitliyin bərqərar olması üçün həm sözdə, həm də əməldə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsinin vacibliyinə baxmayaraq, Ermənistan tərəfinin “bölgədə humanitar vəziyyət”, “blokada” kimi bəhanələri təkrarlayaraq destruktiv mövqe sərgiləməsi narahatlıq doğurur. O da bildirilir ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiya siyasətinə qarşı Ermənistanın müqavimət göstərməsi, baş nazirin guya ölkəmiz tərəfindən erməni sakinlərə qarşı atəş açdığı barədə iddialar səsləndirməsi və ölkəmizi “etnik təmizləmədə” təqsirləndirməsi Ermənistan rəhbərliyinin bölgədə reallıqları hələ də düzgün qiymətləndirmədiyini nümayiş etdirir. Ermənistan tərəfi bu reallığı qəbul etməlidir ki,  bölgədə sülh və sabitliyin təminatının yolu əsassız iddialarla BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmaqdan yox, ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir.”

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

                    

 Azərbaycan diplomatiyasının növbəti uğuru

Tarixən diplomatiya hər bir dövlət üçün xüsusi əhəmiyyət kəsb edən sahə olub. Dövlətçilik tarixi müəyyən mənada diplomatiya tarixi ilə sıx bağlıdır. Diplomatik fəaliyyət dövlətin suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində, onun beynəlxalq miqyasda yerinin, rolunun, ümumi imicinin və mövqeyinin formalaşmasında son dərəcə mühüm rol oynayır.

Bu gün Azərbaycan xalqı dövlətçiliyinin mövcudluğuna görə ulu öndər Heydər Əliyevə borcludur. Ümummilli liderin xalqın təkidli xahişi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı dövlətin nəzəri və praktiki əsaslarının formalaşmasına imkan yaratdı. Ulu öndər ərazi bütövlüyü pozulmuş, müharibə şəraitində olan, müxtəlif istiqamətlərdən gələn təhlükələrlə üzləşmiş ölkənin qarşısında duran çoxsaylı vəzifələrin həllini təmin etmişdir. Heydər Əliyev müstəqil dövlət quruculuğunun bütün incəliklərini dəqiq müəyyənləşdirdi, xarici siyasətin əsas prinsiplərini və istiqamətlərini böyük uzaqgörənliklə konkretləşdirdi.

Hazırda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu kursu uğurla inkişaf etdirir. Azərbaycan diplomatiyasının qısa müddətdə beynəlxalq miqyasda əldə etdiyi uğurların əsas səbəbləri isə məhz xarici siyasətdə davamlılığın təmin edilməsi və Heydər Əliyev kursunun müasir reallıqlara uyğun tətbiqidir.Hər kəs yaxşı bilir ki, Fransa Ermənistanla yanaşı, azərbaycanlı ekoloqların Laçın yolunda bir aydan artıq keçirdikləri dinc aksiya barədə məlumatları ilk gündən təhrif edib. O da sirr deyil ki, BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasının əsas səbəbi də aksiyanın blokada kimi təqdim etmək cəhdi olub.

Azərbaycan-Ermənistan sərhədində baş vermiş sentyabr hadisələrindən sonra Ermənistanın xahişi ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə “Ermənistanın BMT-dəki daimi nümayəndəsinin məktubu” adlı bənd daxil edilib. Sözsüz ki, bu bəndin Nazirlər Şurasının gündəliyinə salınması Fransanın dəstəyi olmadan mümkün olmazdı. Lakin Fransa-Ermənistan tandeminin cəhdlərinə baxmayaraq 2022-ci ilin sentyabr hadisələri ilə bağlı sənədin BMT Təhlükəsizlik Şurasına ötürülməsi uğursuz alınıb. Sirr deyil ki, İkinci Qarabağ müharibəsi zamanı da oxşar cəhdlər çox olub.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Ölkəmizin beynəlxalq nüfuzu hər gün artır

BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin qəbulundan keçən 30 il ərzində bu qurum Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı bir dəfə də olsun toplantı keçirməyib ki, bu da özlüyündə açıq-aşkar ədalətsizlikdir. Belə bir görüşün keçirilməsinə mane olan ölkələrdən biri də məhz ikiüzlü Fransa idi.

Dekabrın 20-21-də müzakirələrdən dərhal sonra Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü, hazırda həm də onun sədri (məlum olduğu kimi, daimi və qeyri-daimi üzvlər bir aydır sədrlik edir) qismində ikiüzlü və tamamilə ermənilərin mövqeyini ifadə edən, Laçın yolundakı vəziyyəti “humanitar fəlakət” kimi qələmə verən bəyannamə mətni hazırlayıb. Bəyannamənin mətni və məzmunu uğrunda diplomatik mübarizə 10 gün davam etdi. Fransa tərəfdən prosesə birbaşa bu ölkənin prezidentinin administrasiyası və Makronun xarici siyasət üzrə müşavirləri rəhbərlik edirdi. Təsadüfi deyil ki, Azərbaycan

Prezidenti cənab İlham Əliyev ötən il dekabrın sonunda Qərbi Azərbaycan icmasının üzvləri ilə görüşündə bir sıra beynəlxalq strukturlarda Azərbaycana qarşı qərəzli addımlar atıldığını bəyan etdi. Bundan əvvəl də Azərbaycan tərəfi bildirmişdir ki, Fransada və bəzi digər beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə fəaliyyətlər təəssüf doğurur. Fransa bəyannamə qəbul edib, sonra onu qətnaməyə çevirməyə ümid edirdi. Belə ki, erməni diplomat Armen Qriqoryan bəyan edib ki, Ermənistanın məqsədlərindən biri Təhlükəsizlik Şurasında qətnamə qəbul etməkdir. Fransa-Ermənistan tandeminin hərəkətləri ABŞ-ın dəstəklədiyi sülh müqaviləsi müzakirələrinə kobud etinasızlıq və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdidir. Lakin Fransa BMT Təhlükəsizlik Şurasının üzvü kimi 10 gün ərzində Laçın yolunda vəziyyətlə bağlı açıqlama verə bilmədi ki, bu da Paris üçün utancdan başqa bir şey deyil.

Əvvəlcə ermənipərəst bəyanatdan “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı. Sonra şərt qoyuldu ki, humanitar yardım yalnız Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında həyata keçirilə bilər, Azərbaycanın ərazi bütövlüyünə dəstək kimi təriflər açıqlandı – bu, təbii ki, Fransanın planlarına daxil deyildi. 6-cı və ya 7-ci cəhddən sonra bəyanat müəyyən dərəcədə reallığı əks etdirdiyi zaman rəsmi Paris ondan tamamilə imtina etdi. BMT Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi üzvləri olan dünya ictimaiyyəti Fransanın ikiüzlülüyünə bir daha əmin oldu. Böyük Britaniya, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Albaniyanın nümayəndələri açıq şəkildə Fransanın təşəbbüsünə qarşı çıxdılar. Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2023-cü il ərəfəsində növbəti parlaq diplomatik qələbəsi və xalqına hədiyyəsi oldu.

Öz geosiyasi oyunları naminə, xüsusən də bu cür iyrənc hiylələrlə Fransa başa düşmür ki, hər belə addımla özünü regiondan getdikcə daha çox təcrid edir və bütün Azərbaycan xalqı qarşısında daha da nüfuzdan salır.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli respublikamızın xarici siyasət kursunun ən mühüm strateji prioritetidir

Dövlətimizin başçısı cənab İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir ki, Azərbaycan beynəlxalq münasibətlərin tamhüquqlu subyektidir. Ölkəmizin beynəlxalq nüfuzu hər gün artır. Bu gün heç də bütün dövlətlər müstəqil xarici siyasət yeritmək iqtidarında deyil. Məsələn, erməni ekspertlər həmişə Ermənistanın müstəqil xarici siyasətinin olmamasından şikayətlənirlər. Danışıqlar gedir, müəyyən tədbirlər keçirilir, ölkə beynəlxalq təşkilatlarda təmsil olunur. Lakin atılan addımlar son nəticədə Ermənistanın müstəqil qərar qəbul etmək iqtidarında olmadığını göstərir. Ermənistan kənardan direktivlər alır.

Azərbaycan isə müstəqil xarici siyasət yürüdür. Bu, ilk növbədə, ulu öndərin müəyyən etdiyi xarici siyasət kursunun xalqın milli maraqlarına söykənməsi sayəsində mümkün olmuşdur. Hazırda Prezident cənab İlham Əliyev yüksək məharət və uğurla bu kursu qətiyyətlə, ardıcıl şəkildə davam etdirir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli respublikamızın xarici siyasət kursunun ən mühüm strateji prioritetidir. Başqa sözlə, beynəlxalq hüquqa və tarixi ədalətə söykənərək Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə nail olmaq Azərbaycan üçün başlıca prinsipial və prioritet məsələlərdən biridir. Azərbaycan bu istiqamətdə qətiyyətli mövqeyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün çoxşaxəli fəaliyyətini davam etdirir. Dövlətimiz bütün diplomatik imkanlardan və beynəlxalq tribunalardan istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyini daim diqqətə çatdırır. Qətiyyətlə vurğulanır ki, Ermənistanın hərbi təcavüzü nəticəsində meydana çıxan, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğal edilməsi, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olması ilə nəticələnən bu münaqişənin həlli strateji zərurətdir.

Münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir.Bütün bunlara baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqe ilə danışıqlar prosesini pozmağa hesablanmış addımlar atması heç kəsə sirr deyil. İşğalçı ölkənin rəhbərliyi tərəfindən zaman-zaman gah danışıqların formatının dəyişdirilməsi ilə bağlı absurd iddiaların ortaya atılması, gah reallıqlara uyğun olmayan müxtəlif cəfəng fikirlərin səsləndirilməsi məhz bu məqsədə xidmət edir. Bununla yanaşı, təcavüzkar ölkə mütəmadi olaraq atəşkəs rejimini pozmaqla hərbi təxribatlar törətməyə cəhd edir. İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törətməsi bu reallığın bariz nümunəsi – əyani ifadəsidir. Öz növbəsində, bu hadisə işğalçı ölkənin təcavüzkar mahiyyətini, beynəlxalq hüquq normalarını növbəti dəfə kobud surətdə pozmasını, sivil dəyərlərə məhəl qoymamasını, hətta pandemiya şəraitində də təxribatçı fəaliyyətini davam etdirməsini göstərdi. Bir daha aydın oldu ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ərazi bütövlüyünün toxunulmazlığı prinsipi çərçivəsində həllinə mane olmaq üçün müxtəlif manipulyasiyalar edir. Ona görə də həm ATƏT-in Minsk qrupu, həm də digər beynəlxalq təşkilatlar tərəfindən bu ölkəyə qarşı təsir və təzyiqlər göstərilməli, işğalçı siyasətə son qoyulmalıdır.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Ermənistanın  təxribat  cəhdləri,  Azərbaycan vətəndaşlarının və mülki obyektlərinin hədəfə alınması qətiyyətlə pislənir

Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət olunmamasından zərər çəkən ölkə kimi, o cümlədən ərazilərimizin Ermənistan tərəfindən işğalı ilə əlaqədar, əlbəttə ki, bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn zəruriliyinə təkid edir.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyevin qəti və prinsipial siyasətinin nəticəsidir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyir, bu mövqe ardıcıl olaraq daha da güclənir. Regional və beynəlxalq təşkilatlar, ayrı-ayrı qurumlar və təsisatlar tərəfindən son zamanlar müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin və daha da güclənməsinin növbəti göstəricisidir. Ermənistanın  təxribat  cəhdləri,  Azərbaycan vətəndaşlarının və mülki obyektlərinin hədəfə alınması qətiyyətlə pislənir.Yeri gəlmişkən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvlərinin yaydıqları “Dağlıq Qarabağa sülh və ədalət” adlı bəyanatda da Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinə tam dəstək ifadə edilib. Bəyanatda, həmçinin Ermənistanın təxribat cəhdləri, Azərbaycan vətəndaşlarının və mülki obyektlərinin hədəfə alınması qətiyyətlə pislənib: “Azərbaycan güclü beynəlxalq qanuni dəstək alıb: BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib.

Beynəlxalq ictimaiyyət ərazinin müharibə yolu ilə ələ keçirilməsini tanımadığını bir daha təsdiqləyib. Qanunsuz yolla gücün tətbiqi heç bir şəkildə əsaslandırıla bilməz. Biz Ermənistan və Azərbaycan sərhədi boyunca Azərbaycan vətəndaşlarının və mülki obyektlərinin hədəfə alınmasını qətiyyətlə pisləyirik. Qanunsuz fəaliyyətlər, eləcə də Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırılma dayandırılmalıdır”.
BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri icra olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Heç şübhəsiz, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana qarşı təzyiqlər artırılmalı, təcavüzkar ölkənin işğalçılıq siyasəti ardıcıl olaraq kəskin şəkildə pislənilməlidir. Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinə, dinc azərbaycanlı əhalini hədəfə götürməsinə BMT, Avropa İttifaqı kimi beynəlxalq qurumlarla yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən ciddi reaksiya verilməlidir. Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın vasitəçilik etdikləri danışıqlar prosesi münaqişənin həll olunması üçün heç bir real nəticə verməyib. Bildirilib ki, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələrək mandat əldə edən həmsədrlər davamlı sülhə nail olmaq istiqamətində məqsədyönlü danışıqlar aparılmasını təmin etmək üçün öz səylərini ikiqat artırmalıdırlar.

Bir məqama da xüsusi diqqət yetirmək lazımdır. Belə ki, pandemiya dövründə belə işğalçı Ermənistan ordusunun atəşkəs rejimini pozması və təxribatçı hərəkətlərinə davam etməsi münaqişə zonasında yaşayan insanların həyat şəraitini daha da ağırlaşdırır. Xatırladaq ki, bir müddət öncə BMT-nin Baş katibi Antonio Quterreş qlobal atəşkəs çağırışı ilə çıxış etmiş, bu kontekstdə silahlı qarşıdurmalara son qoyulmasını, zorakı münaqişələrin qurbanı olan qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirilməsini bəyan etmişdir.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki