image-qanunla-reklam
image-1649315542-cd01f057-43d8-4740-8468-59d187f1a35b_cx0_cy3_cw0_w1023_r1_s

BMT Rusiyanın İnsan Haqları Şurasından çıxarılması üçün səs verəcək

image-lady-day-az

Bu gün BMT Baş Assambleyası Rusiyanın İnsan Haqları Şurasından çıxarılması üçün səs verəcək.

“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu, Rusiyanın Ukraynada hərbi cinayətlər törətməsi ilə əlaqələndirilir.

Rusiya artıq ikinci ildir ki, BMT-nin İnsan Hüquqları Şurasının üzvüdür. Hazırkı şuranın ümumi üzvlük müddəti üç ildir.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Ukraynanın Rusiya əsgərlərini Buça şəhərində onlarla mülki vətəndaşı öldürməkdə ittiham etməsindən sonra Rusiyanın şuradan çıxarılmasını tələb edib.

Qeyd edək ki, 193 üzv dövlətin daxil olduğu BMT-nin Baş Assambleyasında səslərin üçdə ikisi yığılarsa, insan hüquqlarını sistemli və kobud şəkildə pozan istənilən ölkənin üzvlüyü dayandırıla bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki