image-qanunla-reklam
image-1696307626_default

BMT nümayəndəsi Qarabağda qalan ermənilərin sayını AÇIQLADI

image-lady-day-az

“Qarabağda etnik ermənilərin sayı, regionda qalan insanlara görə, 50-1000 arasında ola bilər”. 

“Qanunla.az” xəbər verir ki, bunu brifinqdə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.

Düjarrik əlavə edib ki, dünya təşkilatının nümayəndələrinin Xankəndinə səfəri zamanı mülki infrastrukturun, o cümlədən məktəblərin, xəstəxanaların dağıdılması əlamətləri aşkar etməyiblər:

“Onlar son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq barədə heç bir məlumat eşitməyiblər. Onlar heç bir ölmüş mal-qara, ev heyvanları, kənd təsərrüfatı infrastrukturunun dağıntısı aşkar etməyiblər”.

BMT missiyası Laçın dəhlizində də olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki