image-qanunla-reklam
image-dsc_1411

“Biznesə doğru ilk addım: Gənc qızlar üçün imkanlar” layihəsinin ilk təlimi həyata keçirilib

image-lady-day-az

“Biznesə doğru ilk addım: Gənc qızlar üçün imkanlar” layihəsinin ilk təlimi həyata keçirilib.

 “Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Biznesə doğru ilk addım: Gənc qızlar üçün imkanlar” layihəsinin ilk təlimi təşkil olunub. Təlimdə
Peşə Liseyinin 25 gənc qız tələbəsi iştirak edib.

Zərdab rayon Gənclər və İdman Sektorunun rəhbəri Əvəz Soltanovun çıxışa başlayaraq layihənin gedişatına uğurlar arzuladı.

”Xeberaz.info” xəbər verir ki, layihə rəhbəri Vəfa Xəlilli AR QHT-lərə Dövlət Dəstəyi Agentliyi, təşkilatımız və layihə haqqında geniş məlumat verdi.

BMT-nin Beynəlxalq Əmək Təşkilatının təlimçisi Bağı Xəlilli gənclərə “Öz Biznesinə başla” adlı təqdimatla biznes ideyanı necə formalaşdırmaq, bazarı və rəqibləri təhlil etməyi öyrədib. Burada biznes planının qurulması, maliyyə idarəçiliyi, satış və marketinq strategiyaları haqqında da məlumat verilib.

Təlimdə iştirak edən gənclərə sertifikatlar təqdim olunub. Və təlim sonrası çay süfrəsində müzakirələr davam edib.

Layihənin məqsədi regionun gənc qızlarını sahibkarlığa yönəltmək, onların biznes sahəsində bilik və bacarıqlarını artırmaq məqsədi daşıyır. Təlimlər gənc qızlara biznes qurma, maliyyə idarəetməsi, marketinq və hüquqi məsələlər barədə məlumat verəcək və onları müstəqil iş həyatına hazırlayacaq. Bu, regionda iqtisadiyyatın inkişafına, yeni iş imkanlarının yaranmasına və qadınların sosial statusunun yüksəlməsinə xidmət edəcək.

“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli

image-dsc_1411image-dsc_1413image-dsc_1421image-dsc_1425image-dsc_1480


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki