image-qanunla-reklam
image-632558249_1456570755822698_2819160193884549442_n

Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir

image-lady-day-az

Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir.

 

Artıq yeni mərhələyə daxil olan Azərbaycan-ABŞ münasibətlərinin fonunda ölkəmizin ədalətli mövqeyinə dəstəyi aydın şəkildə görürük. Dövlət başçısı cənab İlham Əliyevin bu ilin əvvəlində yerli televiziya kanallarına ənənəvi müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan-Amerika münasibətlərinin kontekstində də 2025-ci il tarixi il sayıla bilər. Çünki sirr deyil ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinin üzərində bir qara bulud kimi mənfur 907-ci düzəliş fırlanırdı və Azərbaycan gənc, müstəqil ölkə olmasına baxmayaraq, Amerika kimi dünya miqyasında bir nömrəli dövlətlə Amerikadakı anti-Azərbaycan qüvvələrin, erməni lobbisinin fəaliyyəti nəticəsində lazımi səviyyədə münasibətlər qura bilməmişdi. Azərbaycan tərəfindən belə cəhdlər dəfələrlə göstərilmişdir. Müəyyən mərhələlərdə münasibətlər müsbət istiqamətdə inkişaf edirdi. Ancaq mövcud məhdudiyyətlər, xüsusilə Ermənistan-Azərbaycan müharibəsinin davam etməsi Amerikadakı söz sahiblərinə imkan vermirdi ki, Azərbaycanla genişmiqyaslı münasibətlər qurulsun. Artıq bu məhdudiyyət də yoxdur və bunun təbii ki, iki əsas səbəbi var: birincisi, Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya Prezident başda olmaq şərti ilə çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir. Təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də, bizim üçün də önəmlidir. Dövlət başçısı İlham Əliyevin ötən ilin avqust ayında ABŞ-a işgüzar səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açdı. ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə tarixi sülh razılaşmasının əldə edilməsi, 907-ci düzəlişə son qoyulması və sair kimi mühüm məqamlar iki ölkənin əlaqələrinin gələcək inkişafı barədə aydın təsəvvür yaratdı. Həmçinin həmin səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladılar. Cənab İlham Əliyev həmin mərasimdə bir daha bildirdi ki, 33 il davam edən sanksiyaların sonu Prezident Trampın sayəsində mümkün oldu. Dövlətimizin başçısı onu da qeyd etdi ki, Prezident Donald Tramp ilk prezidentlik dövründə gördüyü işlərə görə Azərbaycan xalqının və beynəlxalq ictimaiyyətin rəğbətinə layiqdir. Son bir neçə ay ərzində Asiya, Afrika və nəhayət Cənubi Qafqaza sülh gətirdi. İnanılmazdır. ABŞ Prezidentinin cənab İlham Əliyevə “Siz böyük lidersiniz” müraciəti, həmçinin Ağ Evin rəmzi açarını dövlətimizin başçısına təqdim edərək “Mən bunu nadir hallarda təqdim edirəm” söyləməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, Prezidentimizə böyük etimadın fonunda ABŞ-ın ölkəmizlə əməkdaşlığa nə qədər böyük önəm verdiyini nümayiş etdirdi. Hazırda Azərbaycanla Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir. Tarixi sülh razılaşmasından sonra münasibətlərdə uğurlu inkişaf diqqətdən kənarda qalmır. Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı anlaşma və əməkdaşlıq iki ölkənin strateji tərəfdaşlığı üçün güclü zəmin yaradır. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqlar liderlər səviyyəsində aparılan dialoqun səmərəliliyini və gələcəyə yönəlmiş mahiyyətini bir daha təsdiqləyir. Donald Trampın birinci prezidentliyi dövründə formalaşan qarşılıqlı etimad bu gün ikitərəfli əlaqələrin yeni mərhələyə keçidi üçün əsaslı zəmin rolunu oynayır.

 

Şıxbağı kənd ağsaqqalı-Sabir Əhmədov.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki