image-qanunla-reklam
image-b7f1bdaa0e307f30efe48793683ad5bf

Bizim üçün Avropa bazarı artım potensialına malik ümumi qaz ixracımızın yarısını təşkil edir

image-lady-day-az

Bizim üçün Avropa bazarı artım potensialına malik ümumi qaz ixracımızın yarısını təşkil edir

Prezident cənab İlham Əliyev tərəfindən martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı səsləndirilən fikirlər ölkəmizin Avropa ilə münasibətlərinin strateji məzmununu və yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirir. Cənab Prezidentin bəyanatında vurğulandığı kimi, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər hazırda müxtəlif səviyyələrdə fəal tərəfdaşlıq mərhələsindədir. Ticarət dövriyyəsinin əhəmiyyətli hissəsinin Avropa İttifaqı ilə bağlı olması bu əməkdaşlığın iqtisadi baxımdan da möhkəm əsaslara söykəndiyini göstərir. Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olması ölkəmizin beynəlxalq iqtisadi sistemdə artan rolunun və etibarlı tərəfdaş kimi mövqeyinin bariz göstəricisidir. Enerji əməkdaşlığı Azərbaycan–Avropa münasibətlərinin əsas sütunlarından biri olaraq qalmaqdadır. 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq sənədi bu istiqamətdə yeni imkanlar açmışdır. Bu gün Avropa İttifaqının artıq 10 üzv dövləti Azərbaycan qazından istifadə edir və ümumilikdə 16 ölkəyə qaz ixracı həyata keçirilir. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.

Prezident cənab İlham Əliyevin çıxışında regionda formalaşan yeni siyasi reallıqlara da xüsusi diqqət yetirilib. Ermənistanla əldə olunmuş sülh razılaşması Cənubi Qafqazda sabitlik və əməkdaşlıq üçün mühüm imkanlar yaradır. Azərbaycanın atdığı addımlar, o cümlədən tranzit məhdudiyyətlərinin aradan qaldırılması və iqtisadi əlaqələrin təşviqi ölkəmizin sülhə sadiqliyinin praktik nümunəsidir. Bu gün Azərbaycan regionda sülhün, sabitliyin və əməkdaşlığın təşviqi istiqamətində ardıcıl və prinsipial siyasət həyata keçirir. Cənab Prezidentimizin rəhbərliyi ilə yürüdülən siyasət nəticəsində Azərbaycan həm enerji təhlükəsizliyi, həm də nəqliyyat-logistika sahələrində qlobal əhəmiyyətli tərəfdaşa çevrilmişdir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki