Bizim üçün 2023-cü ilin 19-20 sentyabrı 8 noyabr qədər şərəfli və tarixi günlərdir.
25 noyabr 2020-ci il tarixində cənab Prezident İlham Əliyev xalqa müraciət edərkən Kəlbəcər şəhərinin və rayonun kəndlərinin yenidən qurulacağını bildirdi. Dövlətimizin başçısı cənab Prezident İlham Əliyev digər azad edilmiş ərazilərimiz kimi, Kəlbəcərə də çoxsaylı səfərləri zamanı yeni obyektlərin, yaşayış məntəqələrinin təməlqoyma mərasimlərində, açılışlarında iştirak etdi, görülən, həyata keçiriləcək işlərlə tanış oldu, tapşırıq və tövsiyələrini verdi. Ölkə Prezidentinin işğaldan azad olunmuş ərazilərə hər səfəri regionun dirçəlməsi üçün vacib olan infrastruktur layihələrinin icrası ilə müşayiət edilir və kəlbəcərlilərin doğma yurdlarına qayıdışını günbəgün yaxınlaşdırdı.
Nəhayət, həmin gün gəldi. 21 avqust tariximizə Kəlbəcər şəhərinin sakinlərinə qovuşduğu tarixi gün kimi yazıldı. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər rayonunda çoxsaylı sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərində iştirak etdilər, Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşdülər.
Bu gün Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Birinci mərhələdə Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq.Azərbaycan tarixi Zəfərimizi şərtləndirən bütün amilləri təmin etdi. Hər gün, hər saat Zəfər günümüzü yaxınlaşdırdı.
Belə ki, güclü iqtisadiyyat qurduq, beynəlxalq müstəvidə Ermənistan işğalçı dövlət kimi ifşa edildi. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti nəticəsində bir çox aparıcı beynəlxalq təşkilatlar mövqeyimizi qəbul etməyə məcbur oldular. İqtisadi imkanlarımız ordu quruculuğunu təmin etdi. Ən müasir silahlar alındı. Vətənpərvər gənc nəsil yetişdi. O gənc nəsil ki, 44 günlük İkinci Qarabağ müharibəsində sinəsini qabağa verib torpaqlarımızı düşməndən azad etdi. Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşdi.
Vətən müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” həm gücümüzün, həm də birliyimizin təqdimatı oldu. Tarixi Zəfərimizdən 2023-cü ilin sentyabrınadək olan dövrün hədəfi isə suverenliyimizin tam bərpası idi. Azərbaycan buna da nail oldu. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Ölkə Prezidenti Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə bu reallıqlara bir daha diqqəti yönəldərək bildirdi ki, bizim üçün 2023-cü ilin 19-20 sentyabrı 8 noyabr qədər şərəfli və tarixi günlərdir. O vaxtdan bu yana Azərbaycan xalqı sülh şəraitində yaşayır və bundan sonra da sülh şəraitində yaşayacaq.
Aytac Həşimzadə- Zərdab rayon İsaqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri