image-qanunla-reklam
image-536265139_1320306669449108_3957605597720202580_n

Bizim üçün 2023-cü ilin 19-20 sentyabrı 8 noyabr qədər şərəfli və tarixi günlərdir

image-lady-day-az

Bizim üçün 2023-cü ilin 19-20 sentyabrı 8 noyabr qədər şərəfli və tarixi günlərdir.

Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Ölkə Prezidenti Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə bu reallıqlara bir daha diqqəti yönəldərək bildirdi ki, bizim üçün 2023-cü ilin 19-20 sentyabrı 8 noyabr qədər şərəfli və tarixi günlərdir. O vaxtdan bu yana Azərbaycan xalqı sülh şəraitində yaşayır və  bundan sonra da sülh şəraitində yaşayacaq. Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir. Mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır. Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik. O bəndlərin tərtibatında da mövqeyimiz hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur. Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi.

Dövlətimizin başçısı cənab İlham Əliyev sözügedən görüşdəki çıxışında  tarixi Zəfərimizdən sonrakı dövrün reallıqlarına da xüsusi diqqət yönəltdi. Reallıq budur ki, Ermənistanın havadarları, müxtəlif ölkələr və dairələr ölkəmizə  qarşı kampaniyaya başladılar. Azərbaycanı cəzalandırmaq,  sanksiyalar tətbiq etmək və digər səylər göz önündə idi. Onların heç biri həyata keçmədi. Azərbaycan atdığı hər bir addımında ədalətə və beynəlxalq hüquqa söykənir. Müharibəni öz torpaqlarında aparmışdı. Bəzi  ölkələr kimi heç bir ölkənin torpağını zəbt etməyib, etnik təmizləmə aparmayıb,  şəhər və kəndlərini viran qoymayıb. Azərbaycanın mövqeyi beynəlxalq təşkilatlar çərçivəsində hər zaman ədalətli mövqe kimi qəbul olunur. Dövlətimizin xarici siyasətinin dəyişməz prinsipləri daim ona yeni dostlar, tərəfdaşlar qazandırır. Ölkəmiz ərazi bütövlüyünü və suverenliyini BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında tam bərpa edib. Dövlət başçısı cənab İlham Əliyevin bu günlərdə ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfəri çərçivəsində  Vaşinqton şəhərində, dünyanın bir nömrəli ofisində – Ağ Evdə  imzalanmış sənədlər bütün bu qəbuledilməz səylərə  son qoydu. Əldə edilən tarixi sülh razılaşması Azərbaycanın beynəlxalq nüfuzunun, ədalətli mövqeyinin bir daha təsdiqi oldu.

 

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki