image-qanunla-reklam
image-media-534856633_1320289196117522_4375936791702985323_n-81wpub95ymftsrzjlh6c

Bizim kifayət qədər güclü tərəfdaşlarımız var və beynəlxalq təşkilatlar çərçivəsində mövqeyimiz hər zaman ədalətli mövqe kimi qəbul olunub

image-lady-day-az

Bizim kifayət qədər güclü tərəfdaşlarımız var və beynəlxalq təşkilatlar çərçivəsində mövqeyimiz hər zaman ədalətli mövqe kimi qəbul olunub

Azərbaycan dövləti bu il 44 günlük Vətən müharibəsində əldə edilmiş möhtəşəm Qələbənin beşinci ildönümünü böyük tarixi qürurla qeyd edəcək. Beş il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi və ədaləti bərpa etdi. Bu Zəfər təkcə hərbi-siyasi uğur deyil, həm də xalqımızın iradə birliyinin, milli qətiyyətinin və ərazi bütövlüyünə sarsılmaz inamının təcəssümüdür. Qələbədən sonra dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi və bölgədə dayanıqlı sülhün bərqərar olunması idi.

Son beş ildə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl siyasət nəticəsində bu hədəflərin reallaşmasında böyük nailiyyətlər əldə olunmuşdur. Bu mənada Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Ağdərəyə son səfərləri xüsusi əhəmiyyət kəsb edir. Səfərlər Böyük Qayıdış proqramının ardıcıl mərhələsi olmaqla yanaşı, Qələbənin beşinci ildönümündə azad olunmuş ərazilərdə gedən inkişafın, dövlət siyasətinin mərkəzində vətəndaş rifahının dayandığının parlaq göstəricisidir. Kəlbəcərin təbii sərvətləri və zəngin su ehtiyatları, Ağdərənin isə strateji mövqeyi bölgənin iqtisadi və siyasi əhəmiyyətini artırır. Burada görülən işlər yalnız həmin rayonların deyil, bütövlükdə Azərbaycanın inkişafına xidmət edir.

Bu səfərlər çərçivəsində xüsusi əhəmiyyət daşıyan layihələrdən biri Murovdağ tunelinin tikintisidir. Azərbaycanın ən mürəkkəb dağ massivlərindən birində inşa olunan bu nəhəng mühəndis qurğusu həm Qarabağ bölgəsinə gedən yolu xeyli qısaldacaq, həm də Kəlbəcərin digər rayonlarla birbaşa əlaqəsini təmin edəcək.

Ümumiyyətlə, Qələbədən ötən beş ildə Kəlbəcər və Ağdərə rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilmişdir. Müasir yollar, elektrik stansiyaları, sosial obyektlər istifadəyə verilmiş, kəndlərin bərpasına başlanılmışdır. Prezident və birinci xanımın səfərləri zamanı bu layihələrin açılışında iştirak etməsi dövlət rəhbərliyinin azad olunmuş torpaqlara daim xüsusi diqqət göstərdiyini bir daha nümayiş etdirdi.

Tarix göstərir ki, ermənilər Azərbaycan torpaqlarını qanunsuz şəkildə işğal etmişdilər. Reallıq budur ki, Ermənistanın havadarları, müxtəlif ölkələr və dairələr ölkəmizə qarşı kampaniyaya başladılar. Azərbaycanı cəzalandırmaq, sanksiyalar tətbiq etmək və digər səylər göz önündə idi. Onların heç biri həyata keçmədi. Azərbaycan atdığı hər bir addımında ədalətə və beynəlxalq hüquqa söykənir. Müharibəni öz torpaqlarında aparmışdı. Bəzi ölkələr kimi heç bir ölkənin torpağını zəbt etməyib, etnik təmizləmə aparmayıb, şəhər və kəndlərini viran qoymayıb. Azərbaycanın mövqeyi beynəlxalq təşkilatlar çərçivəsində hər zaman ədalətli mövqe kimi qəbul olunur. Dövlətimizin xarici siyasətinin dəyişməz prinsipləri daim ona yeni dostlar, tərəfdaşlar qazandırır. Ölkəmiz ərazi bütövlüyünü və suverenliyini BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında tam bərpa edib. Dövlət başçısı İlham Əliyevin bu günlərdə ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfəri çərçivəsində Vaşinqton şəhərində, dünyanın bir nömrəli ofisində – Ağ Evdə imzalanmış sənədlər bütün bu qəbuledilməz səylərə son qoydu. Əldə edilən tarixi sülh razılaşması Azərbaycanın beynəlxalq nüfuzunun, ədalətli mövqeyinin bir daha təsdiqi oldu.

Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki