Bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var.
Azərbaycan-Vyetnam münasibətləri dostluq və qarşılıqlı hörmət əsasında inkişaf etməkdədir. Tarixi təməllərə əsaslanan bu əlaqələr müasir dövrdə çoxşaxəli əməkdaşlıq formatına keçib.
Azərbaycan Respublikasına Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın 7 may 2025-ci ildə etdiyi səfərinin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək.
Bu səfər Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd edilməlidir. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Nəticədə yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Bu gün hər iki ölkə arasında aparılan danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atılıb. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır.
Hər iki ölkənin birgə səyləri nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Energetika sahəsində imzalanmış sənədlər və aparılan müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımız daha da genişlənəcək. Bu gün bu əməkdaşlıq daha çox ticarət əməkdaşlığı formasında aparılır. Səfər çərçivəsində qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar.
2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 223,93 milyon ABŞ dollarına çatıb. Bu göstərici gələcəkdə daha geniş iqtisadi əməkdaşlıq üçün zəmin yaradır. Xüsusilə neft sektorunda 2019-cu ildə Azərbaycanın SOCAR ilə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” şirkəti arasında imzalanmış müqavilə tərəfdaşlığın genişlənməsinə töhfə verib. Ölkəmizin neft mütəxəssisləri uzun illər Vyetnamın enerji sənayesinin inkişafında mühüm rol oynayıblar.
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri dövlətlər arasında siyasi-iqtisadi inteqrasiyanın inkişafı, həmçinin humanitar və partiyalararası sahələrdə yeni mərhələyə keçid üçün əlamətdar hadisədir. Bu səfər nəticəsində tərəflərin ikitərəfli münasibətlərin dərinləşdirilməsi səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açan bu hadisə böyük siyasi əhəmiyyətə malikdir. Bu kontekstdə bəhs olunan səfəri haqlı olaraq Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar.
Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru